Tarix:05/10/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, potensial qurbana zərərli “GIF” faylı vasitəsilə hücum edilə bilər. İstifadəçi “WhatsApp” qalereyasında qrafik şəkilləri açdıqdan sonra fırıldaqçılar qurğuda fayl və bildirişləri görmək imkanı əldə edirlər. Hakerin nömrəsi qurbanın kontaktlar kitabçasında olanda isə şəkillər istifadəçi tərəfindən təsdiq edilmədən avtomatik yüklənir.
Mütəxəssis izah edib ki, boşluq təsvirlər üçün qalereyada ilkin baxışın yaradılması mexanizmində, eləcə də “GIF” fayllarda aşkarlanıb. Eksployt “Android 8.1” və “Android 9.0” versiyalı qurğularda işləsə də, “Android 8.0” və əvvəlki versiyalarda işləmir.
Müəllif problem barədə messencerin sahibi “Facebook” şirkətini məlumatlandırdıqdan sonra proqramın sonuncu versiyasına düzəliş edilib.
Fırıldaqçılarla üzləşməmək üçün “Awakened” təxəllüslü tədqiqatçı istifadəçilərə “WhatsApp” messencerini 2.19.244 versiyasınadək yeniləməyi tövsiyə edir.
Nizam Nuriyev
“WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul aşkarlanıb
“Android” əməliyyat sistemi üçün “WhatsApp” messencerində “GIF” (qrafik təsvirlər formatı) faylları vasitəsilə başqa istifadəçinin qurğusuna daxil olmağa imkan verən boşluq aşkarlanıb. Səhv barədə “Awakened” təxəllüslü təhlükəsizlik üzrə tədqiqatçının bloqunda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, potensial qurbana zərərli “GIF” faylı vasitəsilə hücum edilə bilər. İstifadəçi “WhatsApp” qalereyasında qrafik şəkilləri açdıqdan sonra fırıldaqçılar qurğuda fayl və bildirişləri görmək imkanı əldə edirlər. Hakerin nömrəsi qurbanın kontaktlar kitabçasında olanda isə şəkillər istifadəçi tərəfindən təsdiq edilmədən avtomatik yüklənir.
Mütəxəssis izah edib ki, boşluq təsvirlər üçün qalereyada ilkin baxışın yaradılması mexanizmində, eləcə də “GIF” fayllarda aşkarlanıb. Eksployt “Android 8.1” və “Android 9.0” versiyalı qurğularda işləsə də, “Android 8.0” və əvvəlki versiyalarda işləmir.
Müəllif problem barədə messencerin sahibi “Facebook” şirkətini məlumatlandırdıqdan sonra proqramın sonuncu versiyasına düzəliş edilib.
Fırıldaqçılarla üzləşməmək üçün “Awakened” təxəllüslü tədqiqatçı istifadəçilərə “WhatsApp” messencerini 2.19.244 versiyasınadək yeniləməyi tövsiyə edir.
Nizam Nuriyev
Baxış sayı: 1764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir