12px13px15px17px
Tarix:19/11/19

“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edilib

"Facebook"un əməkdaşları "WhatsApp" xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar. Bu haqda şirkətin saytında məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "CVE-2019-11931" adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar. Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı.

 

"Android", "iOS" və "Windows" sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. "WhatsApp" xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.

 

Emil Hüseynov





Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Noyabr 2024

25 11 2024