12px13px15px17px
Tarix:12/02/18

2017-ci ildə “Google” şirkəti təhlükəsizlik mütəxəssislərinə 3 milyon dollar ödəyib

Nəhəng texnoloji şirkətlər aşkar edilmiş boşluqlara görə təhlükəsizlik mütəxəssislərinin mükafatlandırılması proqramını dəstəkləyir. Ötən il “Google” korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə 2,9 milyon dollar ödəyib.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, aşkar edilmiş boşluqlara görə mükafatlar onun tipindən və sərf edilmiş vaxtdan asılı olaraq 500 -100000 dollar təşkil edə bilər. “Google” şirkətində iki əsas proqram mövcuddur: “Vulnerability Research Grants Program” və “Patch Rewards Program”.  2017-ci ildə birinci proqram çərçivəsində mütəxəssislərə 125 min, ikinci proqram çərçivəsində isə ümumilikdə 50 min dollar ödənilib.

Bu il “Android Security Rewards Program” çərçivəsində “Pixel” telefonunda aşkar edilmiş boşluğa görə 112500 dollar məbləğində rekord mükafat ödənilib.

“Google” boşluqların axtarışı üzrə proqrama malik yeganə şirkət deyil. Bütün texnologiya nəhəngləri, həmçinin “General Motors”, “Airbnb” və “Mastercard” kimi şirkətlər belə təşəbbüsü dəstəkləyirlər.

Emil Hüseynov




Baxış sayı: 74

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2019

17 01 2019

17/01/19
Kompüter oyunları üçün ilk taktiki monitor təqdim edilib

“Gigabyte” şirkəti dünyada ilk “Aorus AD27QD” taktiki monitorunu təqdim edib.

17/01/19
Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları 

17/01/19
Hindistan kiberhücumlarla mübarizə üzrə agentlik yaradacaq

Hindistan Silahlı Qüvvələri kiberməkanda təhdidlərlə mübarizə üçün agentlik yaradacaq. Bu haqda Hindistan 

17/01/19
Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 

17/01/19
Ən ekstremal şərait üçün modulyar smartfon təqdim olunub

Çinin “Doogee” şirkəti tərəfindən təqdim edilmiş “S90” adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə 

17/01/19
Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı 

17/01/19
Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən