12px13px15px17px
Tarix:16/05/18

“Wi-Fi” şəbəkəsinə müdaxilə qatarın idarəetməsini ələ keçirməyə imkan verir

"Pen Test Partners" şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları hakerlərin qatarın "Wi-Fi" şəbəkəsinə müdaxilə etməklə onun idarəetməsini ələ keçirəcəklərini müəyyənləşdiriblər. Bu barədə ekspertlərin bloqunda deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, təhlükə onunla əlaqədardır ki, bir sıra dəmir yolu şirkətlərində sərnişinlər və dəmir yolu əməkdaşları üçün simsiz şəbəkələr arasında bölünmə yoxdur. Bu isə o deməkdir ki, ictimai "Wi-Fi" şəbəkəsinə müdaxilə zamanı hakerlər qatarın idarəetməsini ələ keçirə bilərlər.
 
Bundan başqa, mütəxəssislər simsiz şəbəkə istifadəçilərinin fərdi məlumatlarını, o cümlədən bank kartları haqqında informasiyanı (sərnişinlər Wi-Fi şəbəkəsindən istifadəyə görə ödəniş etdikləri halda) əldə ediblər.  
 
Tədqiqatçıların fikrincə, boşluğun aradan qaldırılması üçün ilk növbədə xüsusi alətlər vasitəsilə sərnişin şəbəkəsini dəmir yolu əməkdaşları üçün şəbəkələrdən ayırmaq lazımdır. Bundan əlavə, hakerlərin avadanlığa fiziki çıxışı olmamalı, proqram təminatı isə mütəmadi yenilənməlidir.
 
Bununla yanaşı, boşluğun hansı şirkətdə aşkarlanması barədə məlumat verilmir.  
 
Nizam Nuriyev





Baxış sayı: 101

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm