12px13px15px17px
Tarix:15/12/18

“Facebook”da təxminən 7 milyon istifadəçinin şəkli açıq girişdə əlçatan olub

“Facebook”un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik sazlamalarında baş vermiş nasazlıq səbəbindən açıq girişdə əlçatan olub. Bu haqda şirkətin texniki direktoru Tomer Bara deyib.
 
“Ictnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, şirkətin səhvi başqa proqramların tərtibatçılarına istifadəçilər tərəfindən yüklənmiş, amma hələ dərc edilməmiş şəkillərə müdaxilə etməyə imkan verib.
 
Şirkətin qiymətləndirməsinə görə, təxminən 1500 mobil proqram şəkillərə giriş əldə edə bilərdi. Artıq sözügedən nasazlıq aradan qaldırılıb.
 
Bara məlumat verib ki, səhvə görə cari ilin sentyabrın 13-dən 25-dək şəkillərə giriş kənar tərtibatçılar üçün əlçatan olub.
 
Emil Hüseynov



Baxış sayı: 1039

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024