12px13px15px17px
Tarix:14/03/20

“Samsung” smartfonlarının dezinfeksiyası üçün pulsuz xidmət istifadəyə verilib

"Samsung" qurğularının dezinfeksiyası üzrə pulsuz xidmət istifadəyə verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Galaxy Sanitizing Service" adlı xidmətdən rəsmi "Samsung" servis mərkəzlərində və "Samsung Experience Store" mağazalarında istifadə etmək mümkündür. Xidmət çərçivəsində şirkət əməkdaşları tərəfindən ultrabənövşəyi şüalanma vasitəsilə "Galaxy" seriyalı smartfon, "ağıllı" saat və qulaqcıqların dezinfeksiyası aparılır. Bununla qurğulardakı bütün bakteriya, mikrob və viruslar məhv edilir. "Samsung" nümayəndələrinin sözlərinə görə, dezinfeksiya üçün qurğular texnikanın işinə təsirinin müəyyənləşdirilməsi üçün əvvəlcədən test edilib.

 

Məlumata görə, şirkət smartfonun təmizlənməsi üçün abraziv materiallardan və ya bərk kimyəvi maddələrdən istifadəni tövsiyə etmir. Bu, onların ekranı cızması və ya oleofob örtüyü zədələməsi ilə izah olunur. Bundan başqa, "IP" reytinqinə malik olmayan qurğularda kimyəvi mayelərdən istifadə daxilə suyun düşməsinə səbəb ola bilər ki, bu da potensial baxımdan qurğunu sıradan çıxarar.

 

Hazırda xidmət Argentina, Çili, Xorvatiya, Danimarka, Finlandiya, Koreya Respublikası, Malayziya, Yeni Zelandiya, Norveç, Pakistan, Peru, Polşa, Rusiya, İspaniya, İsveç, ABŞ, Ukrayna, Vyetnam və Yaponiya kimi dünyanın 19 ölkəsində pulsuz təklif olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

30/03/20
“HUAWEI” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa