12px13px15px17px
Tarix:28/09/20

Kibermühitdə özümüzü qoruyaq!

Son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir.

Bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir.
 
Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

– Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.

– Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.

– Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…

– "Wi-Fi" şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…

– Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.

– Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.

– Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.

– Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan bu cür parolları dəyişin.

– Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.

– Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.
 
Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!
 
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, "1654" qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
 




Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Dekabr 2020

01 12 2020

01/12/20
Yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirəcək

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanan yeni sensor qaraciyərin zədələ

01/12/20
Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub

Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub. Bu haqda Çin Kiberməkan Tədqiqatları Aka

01/12/20
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölk

01/12/20
Mobil operatorlar 2025-ci ilədək sahənin inkişafına 1,1 trilyon dollar sərmayə yatıracaqlar

2025-ci ilədək dünyada mobil rabitə operatorlarının bu sahənin inkişafına yatırdıqları sərmayənin ümumi h

01/12/20
“Telegram”da qrup şəklində zənglər funksiyası istifadəyə veriləcək

“Telegram” tərtibatçıları çoxdan gözlənilən yeniliklərdən birinin açıq sınaqlarına başlayıblar

01/12/20
“Facebook” kriptovalyutası nə vaxt buraxılacaq?

“Facebook” şirkəti “Libra” kriptovalyutasını 2020-ci ilin əvvəlində istifadəyə verməyə hazırlaşır. Bu bar

01/12/20
Üçüncü rübdə smartfonlar bazarında azalma zəifləyib

İyul-sentyabrda dünyada 366 milyon smartfon satılıb. Bu, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 5,7

01/12/20
“Apple” təbiətin çirkləndirilməsində ittiham edilib

Böyük Britaniya Parlamentinin Ekoloji audit üzrə komitəsi “Apple” şirkətini çoxlu elektron tullantıların

01/12/20
2020-ci ilin sonunadək “5G” şəbəkələrinin əhatə zonasında nə qədər insan yaşayacaq?

“Ericsson Mobility Report” hesabatına görə, 2020-ci ilin sonunadək 1 milyarddan çox insan “5G” şəbəkələr