12px13px15px17px
Tarix:09/10/20

Diqqət! “Mail.ru” e-poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən "Mail.ru" elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi "fişinq" kampaniyalarının həyata keçirildiyini qeydə alıb. Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu "fişinq" hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

 

Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.

 

Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti "Mail.ru" e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.

 

Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

 

Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik.





Baxış sayı: 285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Dekabr 2020

01 12 2020

01/12/20
Yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirəcək

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanan yeni sensor qaraciyərin zədələ

01/12/20
Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub

Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub. Bu haqda Çin Kiberməkan Tədqiqatları Aka

01/12/20
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölk

01/12/20
Mobil operatorlar 2025-ci ilədək sahənin inkişafına 1,1 trilyon dollar sərmayə yatıracaqlar

2025-ci ilədək dünyada mobil rabitə operatorlarının bu sahənin inkişafına yatırdıqları sərmayənin ümumi h

01/12/20
“Telegram”da qrup şəklində zənglər funksiyası istifadəyə veriləcək

“Telegram” tərtibatçıları çoxdan gözlənilən yeniliklərdən birinin açıq sınaqlarına başlayıblar

01/12/20
“Facebook” kriptovalyutası nə vaxt buraxılacaq?

“Facebook” şirkəti “Libra” kriptovalyutasını 2020-ci ilin əvvəlində istifadəyə verməyə hazırlaşır. Bu bar

01/12/20
Üçüncü rübdə smartfonlar bazarında azalma zəifləyib

İyul-sentyabrda dünyada 366 milyon smartfon satılıb. Bu, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 5,7

01/12/20
“Apple” təbiətin çirkləndirilməsində ittiham edilib

Böyük Britaniya Parlamentinin Ekoloji audit üzrə komitəsi “Apple” şirkətini çoxlu elektron tullantıların

01/12/20
2020-ci ilin sonunadək “5G” şəbəkələrinin əhatə zonasında nə qədər insan yaşayacaq?

“Ericsson Mobility Report” hesabatına görə, 2020-ci ilin sonunadək 1 milyarddan çox insan “5G” şəbəkələr