waplog

“ITU Telecom World 2013” konfransı çərçivəsində “Azərbaycan gecəsi” keçiriləcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  “ITU Telecom World 2013” konfransı çərçivəsində “Azərbaycan gecəsi” keçirəcək.

“Azərkosmos” yayım şirkətləri ilə milli peykin imkanlarının reallaşdırılmasıyla bağlı danışıqlar aparır


“Azərkosmos” yayım şirkətləri ilə Azərbaycanın birinci milli peyki “Azserspace1” imkanlarının reallaşdırılması ilə bağlı danışıqlar aparır.

Azərbaycan “BMT-nin Dövlət Qulluğu Mükafatları üzrə Forum”unda təmsil olunur


Cari il 24 iyunda Bəhreyn Krallığının Manama şəhərində “BMT-nin Dövlət Xidməti Forumu-2013” öz işinə başlayıb. İyunun 27-nə qədər davam edəcək forumda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İllik hesabat”ı hazırlanıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ı hazırlanıb. “İKT, informasiya və poçt sektorunun inkişafı”, “İKT və poçt infrastrukturu: yeniliklərin tətbiqi”, “İT sənayesinin inkişafı”, “Elektron xidmətlərin tətbiqi və informasiya cəmiyyətinin inkişafı”, “Beynəlxalq əməkdaşlıq və qiymətləndirmə” bölmələri üzrə hazırlanan hesabatda 2012-ci ildə həyata keçirilmiş işlərlə yanaşı, qarşıda duran vəzifələr, cari ildə həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlər də yer alıb.

Rabitəçilər hərbçilərin bayramını təbrik edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  (RİTN) Aparatının nümayəndələri, müəssisə və birlik rəhbərləri Müdafiə Nazirliyinin “N” saylı Rabitə Alayının zabit və əsgər heyəti ilə görüşüblər. “ICTnews” xəbər xidmətinin məlumatına görə, görüş 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunub.

İyulun 1-dən Azərbaycan paketinə daxil olan TV və radio kanalların “Türksat 3A” peyki üzərindən yayımı dayandırılacaq


Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları “Azerspace 1∕ Africasat-1a”, “460 E” peykinə keçirilib. “Teleradio” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu ilin  iyul ayının 1-dən Azərbaycan paketinin “Türksat 3A” peykindən mövcud yayımının dayandırılması nəzərdə tutulub.

Bakı ətrafında yeni salınan qəsəbələrdə ATS-lər tikilir


 Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhərinin ətraf kəndlərində və yeni yaşayış massivlərində ATS-lərin tikintisi işləri və sakinlərin telefon xətləri ilə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir. Hazırda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 2000 nömrə və Bakıxanov qəsəbəsində 8000 nömrə tutumlu ATS binaları tikilir.

“Aztelekom” İB-nin baş direktoru YAP MTK-nın sədri seçilib


İyunun 25-də Yeni Azərbaycan Partiyasının V qurultayında seçilmiş YAP Mərkəzi Təftiş Komissiyasının (MTK) birinci iclası keçirilib.

Zaqatala rayonunun Danaçı Radio Televiziya Yayım Stansiyasının binası əsaslı təmir olunub


 Zaqatala rayonunun Danaçı Radio Televiziya Yayım Stansiyasının binası əsaslı təmir olunub. “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasovun verdiyi məlumata görə, hazırda Danaçı RTYS-dən 3 dövlət

BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi «Azərkosmos» ASC-də olub


Azərbaycanda səfərdə olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal bu gün «Azərkosmos» ASC-də olub.

BTRİB Qobustanda yeni CDMA baza stansiyası qurub


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir.

Yanvar-iyun ayları ərzində 259 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Bu ilin 6 ayı ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 382 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Azərbaycanda gömrükdən pirat məhsullar buraxılmayacaq


Azərbaycan Nazirlər Kabinetinin 163 №-li qərarına əsasən "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları" təsdiq edilib.

“Elektron hökumət”lə bağlı ən yaxşı yazı müsabiqəsi: Hər kəs iştirak edə bilər!


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili"  çərçivəsində  “Respublikada “Elektron hökumət”:  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi elan edir.

“Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır


Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olarq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL