Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “2014 - At ili”nə həsr edilmiş marka seriyasını təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpik təşkil edir.
“Azərpoçt” MMC Sumqayıtda bankomat quraşdırıb. Bununla da müəssisənin yerlərdə olan bankomatlarının sayı 15-ə (8 ədəd ATM Bakı ərazisində, 1 ədəd Yevlaxda, 1 ədəd Kürdəmir, 1 ədəd Xırdalan, 1 ədəd Sumqayıt və 3 ədəd ATM isə Gəncə şəhərində) çatdırılıb.
“Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə tutulan “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür.
Azərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.
Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin birinci yarımilliyinin sonuna kimi, daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial İnformation (STEFİ)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.
Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini bu ilin sonuna kimi başa çatdırmalıdır.
ABŞ Poçt xidməti “Apple” şirkətinin yaradıcısının xatirəsini yad etmək və 2015-ci ildə üzərində onun şəkli təsvir edilmiş marka buraxmaq niyyətindədir
Ümumdünya Poçt İttifaqının (ÜPİ) növbəti Poçt Əməliyyatları Şurası (PƏŞ) 31 mart -11 aprel tarixlərində keçiriləcək. PƏŞ-in yaz sessiyasında Azərbaycanın da iştirakı nəzərdə tutulur.
Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Sürətli Poçt Xidməti (EMS) kooperativinin “Müştəriyə qayğı” mükafatına layiq görülüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar poçt markası buraxıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti “Europe 2014. National music instruments” (“Avropa 2014.Milli musiqi alətləri”) marka seriyasının buraxıldığını elan edib.
31 mart - 11 aprel tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yeni açıqcanın buraxıldığını elan edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti Naxçıvan Muxtar Respublikasının 90 illiyi və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə poçt markalarını dövriyyəyə buraxıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL