Tarix: 20/06/11 “Elektron Yük Gömrük Bəyannaməsi” tətbiq ediləcək

Dövlət Gömrük Komitəsi ölkəmizdə “Elektron Yük Gömrük Bəyannaməsi”ni tətbiq etməyə hazırlaşır. Bu barədə ICTnews-ə açıqlama verən Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları baş idarəsinin rəisi İqbal Babayev bu layihənin Azərbaycanda
Tarix: 17/06/11 ARDNŞ nanotexnologiya sahəsində liderdir

Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ-nin alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında «NanoMAY» sistemləri yaradılıb.
Tarix: 17/06/11 “Mədəniyyət” TV-nin Neftçalada da yayımı təmin edilib

Dünən Neftçala rayonunda “Mədəniyyət” TV-nin yayımı təmin edilib. Bu barədə açıqlama verən “Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində neftçalalılar 45-ci kanalda “Mədəniyyət” TV-nin proqramlarına baxa bilərlər.
Tarix: 16/06/11 Nazir Ziya Məmmədov: “Nəqliyyatın intellektual idarəetmə sistemi bu ilin sonuna kimi istifadəyə veriləcək”

“Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” bu ilin sonundan işə salınmalıdır. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov açıqlama verib. Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması üçün ən müasir texnologiyalar tətbiq edilməkdə məqsəd şəhər nəqliyyatının idarə edilməsi sisteminin yaradılmasıdır.
Tarix: 16/06/11 Məktəbdə mobil müşahidə kameraları genişləndirilə bilər

"Azərfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyevin bildirdiyinə görə, 47 saylı orta məktəbdə 3G müşahidə kameralarının quraşdırılması üzrə pilot-layihənin davamı olaraq yeni tədris ilindən bu işlər digər məktəblərdə də həyata keçirilə bilər.
Tarix: 16/06/11 Maradonanı əsəbiləşdirən onlayn oyun

Əfsanəvi Argentina futbolçusu Dieqo Maradona “Sina” portalı və kompyuter oyunlarının Çin istehsalçısı “The9 Limited” şirkətindən məhkəmə vasitəsilə 3 milyon dollar almaq istəyir. Keçmiş idmançı cavabdehləri “Winning Goal” onlayn-oyununda onun surət və adının qanunsuz istifadəsində ittiham edir.
Tarix: 16/06/11 “Sağlam ailə” tibb mərkəzindən online xidmət

İnformasiya texnologiyalarının tətbiqi ilə əhaliyə müasir tibb xidmətlərinin göstərilməsi istiqamətində “Sağlam ailə” tibb mərkəzi yeni uğurlara imza atıb. Bu barədə ICTnews-ə məlumat verən tibb mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Rüstəmli bildirib ki,
Tarix: 14/06/11 Elektron sağlamlıq kartı alanların sayı artır

Səhiyyə Nazirliyi əhaliyə təqribən 400 minə yaxın elektron sağlamlıq kartı verib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.
Tarix: 13/06/11 Azərsu”ASC üçün yeni web səhifə hazırlanır

“Azərsu”ASC-nin yeni internet səhifəsi hazırlanır. Bu barədə ICTnews-ə məlumat verən cəmiyyətin mətbuat və informasiya şöbəsinin rəhbəri Anar Cəbrayıllının bildirdiyinə görə, yüksək keyfiyyətlə hazırlanan rəsmi portal 3 dildə olmaqla özündə bütün məlumatları əks etdirəcək.
Tarix: 13/06/11 AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Cənubi Koreyaya ezam olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli Araşdırmalar Fondunun dəvəti ilə Cənubi Koreyaya ezam olunacaqlar. Məqsəd informasiya və şəbəkə təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Tarix: 11/06/11 Tədqiqat: telefonlar aviaqəza riskini artırır

Bütün dünya üzrə 230 şirkəti birləşdirən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) aviasiya cihazlarına portativ texnikanın təsiri haqqında tədqiqatın nəticələrini elan edib. Ekspertlər belə nəticəyə gəliblər ki, telefon, pleyr, noutbuk və planşetlərdən istifadə həqiqətən təyyarə qəzasının səbəbi ola bilər.
Tarix: 10/06/11 SMS bankçılıq xidməti

Kapital Bank daha bir kampaniyaya start verir. "Fərqi yoxdur hardasan, hər yerdə bankınlasan!" devizi altında keçirilən kampaniyanın təşkilində məqsəd müştərilərin "SMS bankçılıq" xidmətindən istifadəyə həvəsləndirilməsi, bu xidmətə yeni müştərilərin cəlb olunmasıdır.
Tarix: 10/06/11 Texniki-peşə təhsili inkişaf etdirilir

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsinin yeni mərhələsinə başlamışdır.
Tarix: 10/06/11 Metronun bütün stansiyalarında SMS-lə gedişhaqqı ödəmək mümkün olacaq

Artıq mobil telefondan SMS göndərməklə Bakı Metropoliteninin xidmətindən istifadə edənlər var. Bu barədə məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, "Mobisky" şirkəti ilə həyata keçirilən layihədən yararlanan sərnişinlər kart almadan, növbəyə dayanmadan mobil telefonundan istifadə edərək gedişhaqqı ödəyərək xidmətdən yararlana bilər.
Tarix: 10/06/11 Təqaüdlər haqda SMS vasitəsi ilə məlumat almaq mümkündür

Azərbaycanda təqaüdçülərin SMS-bildiriş vasitəsilə onların hesabına pensiyanın ödənilməsi haqqında məlumatlandırılması üzrə xidmətlərin maliyyələşdirilməsi tam şəkildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək. Bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248