bölmədə 3836 material var

Tarix: 06/04/13 Nəqliyyat və Texniki Təminat İdarəsi yaradılır

Nazirlər Kabineti (NK) Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə NK-nın mətbuat xidmətindən məlumat verilib.

Tarix: 06/04/13 Asiyada ilk dəfə olaraq Azərbaycanda ən son texnologiya ilə təchiz edilmiş “Caz Klub” istifadəyə veriləcək

“Hazırda biz “Caz Klubu”nu səs sistemləri ilə təchiz edirik. İyun ayının sonuna qədər klubun açılışı nəzərdə tutulur. Klubda “Harmann”ın ən son texnologiyası tətbiq edilir, buna görə açılışdan bir müddət sonra şirkətin rəhbərliyinin sistemin işi ilə tanışlıq məqsədi ilə Bakıya səfəri gözlənilir.

Tarix: 05/04/13 Ölkəyə qanunsuz gətirilən 347 mobil telefon aşkar edilib

Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 347 mobil telefonu ölkəyə qanunsuz gətirməyə cəhd göstərən Türkiyə vətəndaşını saxlayıb.

Tarix: 05/04/13 Şirvan şəhərinin şəhərsalma kadastrı hazırlanacaq

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin büdcə vəsaiti hesabına Şirvan şəhərində Dövlət Şəhərsalma kadastrı yaradılacaq.

Tarix: 05/04/13 Azərbaycan da daxil olmaqla, dünya alim və mütəxəssislərinin 150-yə yaxın məqaləsi “IEEE” bazasına daxil edilib

Martın sonundan etibarən “PCI`2012”-nin materialları “IEEE” (Institute of Electrical and Electronics Engineers) təşkilatının bazasına (IEEE Xplore) daxil edilib. Siyahıda Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin 150-yə yaxın məqaləsi yer alıb.

Tarix: 05/04/13 Bakıda «The Business Year» jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışının təqdimatı keçirilib

Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan-2013" xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

Tarix: 04/04/13 Çin azərbaycanlı tələbələri texnologiyalar üzrə ixtisaslaşan təhsil müəssisələrinə dəvət edir

Çin Xalq Respublikası azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edir. Azərbaycanla Çinin Təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq həyata keçirilən təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində aparılır.

Tarix: 04/04/13 Yaxın günlərdə ictimai nəqliyyatda vahid kartla ödəmə sistemi üçün avadanlıqlar quraşdırılacaq

“Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda vahid kartla ödəmə sisteminin avadanlıqlarının quraşdırılmasına başlanılacaq”. Bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Tarix: 04/04/13 Azərbaycan Milli Televiziya və Radio Şurası müsabiqə elan edib

Azərbaycan Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Tarix: 04/04/13 TQDK əməkdaşlarının iştirakı ilə Qazaxıstanda elektron təhsil üzrə müzakirələr aparılıb

Astanada “Təbiət-riyaziyyat istiqamətli fənlər üzrə yeni tipli dərsliklərin hazırlanmasına konseptual yanaşmalar: təcrübə və inkişaf meyilləri” mövzusunda keçirilən Beynəlxalq müşavirədə elektron təhsil (e-learning), o cümlədən elektron dərsliklərin hazırlanması üzrə müzakirələr aparılıb.

Tarix: 04/04/13 “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabineti (NK) “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nda dəyişiklik edib.

Tarix: 04/04/13 “Smart kart” tipli sayğaclara ödənişləri təmin edən proqram təminatı yenilənib

“Smart kart” tipli sayğaclara ödənişləri təmin edən proqram təminatı gücləndirilib. “ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytına istinadən verdiyi məlumata görə, “smart kart” tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilib, zəruri islahatlar aparılıb.

Tarix: 04/04/13 Taksi,evakuator,otel sifariş etmək lazımdır?

Yeni fəaliyyətə başlayan məlumat xidməti mərkəzində, bir çox dövlət və özəl şirkətlər, təşkilatlar, həmçinin bəzi hallarda fiziki şəxslər haqqında məlumatlar əldə etmək mümkündür. Bunun üçün 119 nömrəsinə zəng vurmaq kifayətdir.

Tarix: 03/04/13 Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş intellektual oyun keçiriləcək

"Gənc Novatorlar" G.M.İ.B daxilində fəaliyyətə başlayan İntellektual Oyunlar Klubu Şəki şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubları Assosiasiyası ilə birgə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “ Kim? Harada? Nə zaman?” intellektual oyunu üzrə Şəki şəhər turniri keçirəcək.

Tarix: 03/04/13 MTRŞ yeni lisenziyalar verib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, toplantıda “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin radio yayımı üçün, “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.








25 Sentyabr 2017

24 09 2017