bölmədə 3453 material var

Tarix: 28/12/12 Daşınmaz Əmlakın İnformasiya Sistemi idarəetmə məsələlərinin həllinə dəstək verəcək

“Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində yaradılan Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarə Edilməsi İnformasiya Sistemi (DƏKQİİS) bir çox ümumdövlət və regional idarəetmə məsələlərinin həllinə dəstək verəcək.

Tarix: 27/12/12 Azərbaycanda kreativ sənayenin ÜDM-də iqtisadi payı 2 dəfədən çox artıb

Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) ümumi daxili məhsulda (ÜDM-də) əhəmiyyətinin artması ilə əlaqədar, Müəllif Hüquqları Agentliyinin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırladığı xüsusi metodika əsasında kreativ sənayenin ÜDM-də iqtisadi payı hesablanıb.

Tarix: 26/12/12 AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutları hesabat verdi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclası keçirilib. "ICTnews" elektron xəbər xidmətinə İTİ-dən verilən məlumata görə, AMEA Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor

Tarix: 26/12/12 Şamaxı Astrofizika Rəsədxanasında “Astronomik tədqiqatlar”la bağlı 23 iş yerinə yetirilib

AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2012-ci ildə rəsədxanada “Astronomik tədqiqatlar” elmi istiqaməti üzrə “Ulduz və dumanlıqların kompleks tədqiqi” və “Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası”na dair problemləri əhatə edən 8 mövzu üzrə 23 iş yerinə yetirilib.

Tarix: 26/12/12 İri ticarət obyektində külli miqdarda pirotexniki məmulatlar aşkarlanıb

Bayram ərəfəsində gömrük nəzarətindən gizli pirotexniki məhsulları, partlayıcı maddələri ölkəmizə gətirməyə cəhd göstərən cinayətkar ünsürlərin sayında artım müşahidə olunur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Tarix: 26/12/12 Azərbaycanda ilk dəfə olaraq iki bank bankomat şəbəkələrini birləşdirir

“Xalq Bank” və “Paşa Bank” bankomat şəbəkələrinin birləşdirilməsi barədə razılığa gəlib.

Tarix: 26/12/12 “118” Məlumat-sorğu xidməti yeni İT xidmətini istifadəçilərin ixtiyarına verib

“118” Məlumat-sorğu xidməti istifadəçilərinə daha bir yeni xidməti - “İT xidməti”ni təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, xidmətdən istifadə etməklə informasiya texnologiyaları ilə bağlı bir çox problemləri aradan qaldırmaq mümkündür.

Tarix: 25/12/12 Stiv Cobsun yaxtasına qoyulmuş həbs götürülüb

Hollandiya hakimiyyəti Stiv Cobs üçün quraşdırılmış “Venus” (Venera) yaxtasının üzərinə qoyulmuş həbsi götürüb. 80 metrlik gəmini layihələşdirmiş dizayner Filipp Stark ilə “Apple” banisinin varisləri arasındakı mübahisə yoluna qoyulandan sonra bu məsələ tezliklə öz həllini tapıb.

Tarix: 25/12/12 Qiymətli kağızlarla bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Tarix: 25/12/12 Qaz smart-kartlarının ödəniş əməliyyatlarında yaranan problemlər aradan qaldırılır

Son vaxtlar smart kart tipli qaz sayğaclarının artması və qış fəsli ilə əlaqədar smart kart əməliyyatlarının kəskin artımı fonunda qeyd olunan kartlara ödənişləri edərkən bəzi texniki problemlər müşahidə olunmaqdadır.

Tarix: 25/12/12 “Rabitə-Bakı” ilin ən yaxşı klub komandası seçilib

2012-ci ildə idman sahəsində ən yaxşıların adları açıqlanıb. Gənclər və İdman Nazirliyi “Rabitə-Bakı” voleybol klubunu ilin ən yaxşı klub komandalarından biri elan edib.

Tarix: 25/12/12 Azərbaycan Respublikası Prezidenti dünya azərbaycanlılarını təbrik edib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının

Tarix: 25/12/12 ABŞ-da “Newsweek” jurnalının son çap nömrəsi çıxacaq

ABŞ-da populyar “Newsweek” jurnalının son çap nömrəsi çıxacaq. Birinci nüsxəsi 80 il bundan əvvəl işıq üzü görmüş və beynəlxalq hadisələri işıqlandıran jurnalın son çap nömrəsi “#lastprintissie” başlığı altında çıxacaq. “Newsweek” jurnalının son nömrəsinin üz qabığına nəşriyyatın Nyu-Yorkda yerləşən qərargahının ağ-qara fotosu vurulub.

Tarix: 24/12/12 Yeni texnologiya sayəsində pambıqçılıq inkişaf etdiriləcək

Pambıqçılığın yenidən dirçəldilməsində alimlər də öz səylərini əsirgəmirlər. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri pambıqçılıqda yeni texnologiya hazırlayıblar.

Tarix: 24/12/12 “AZAL”-da mobil telefon vasitəsilə lazımi reys üçün onlayn qeydiyyatdan keçmək mümkündür

«Azərbaycan Hava Yolları» aviaşirkətinin (AZAL) xidmətlərindən istifadə edən sərnişinlər aviaşirkətin rəsmi veb-saytında (http://www.azal.az) kompüter və yaxud mobil telefon vasitəsilə uçuşa 20 saat qalmışdan etibarən lazımi reys üçün qeydiyyatdan keçə bilərlər.








28 May 2017

27 05 2017

27/05/17
“Android” sisteminin yaradıcısı ilk smartfonunun təqdimetmə tarixini açıqlayıb

Ötən il məlum olub ki, “Android” mobil əməliyyat sisteminin yaradıcılarından biri 

27/05/17
Yeni tip akkumulyatorların tutumu üç dəfə artırılıb

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları mövcud litium-ion batareyalarla

27/05/17
Süni intellekt şagirdlərin diqqətini izləyəcək (VİDEO)

Paris Biznes Məktəbində distansiyalı məşğələlər zamanı şagirdlərin diqqətini izləmək

27/05/17
“Alibaba” alış-veriş üçün ödənişi biometrik məlumatlarla qəbul edəcək

Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng