bölmədə 4840 material var

Tarix: 14/06/11 Elektron sağlamlıq kartı alanların sayı artır

Səhiyyə Nazirliyi əhaliyə təqribən 400 minə yaxın elektron sağlamlıq kartı verib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.

Tarix: 13/06/11 Azərsu”ASC üçün yeni web səhifə hazırlanır

“Azərsu”ASC-nin yeni internet səhifəsi hazırlanır. Bu barədə ICTnews-ə məlumat verən cəmiyyətin mətbuat və informasiya şöbəsinin rəhbəri Anar Cəbrayıllının bildirdiyinə görə, yüksək keyfiyyətlə hazırlanan rəsmi portal 3 dildə olmaqla özündə bütün məlumatları əks etdirəcək.

Tarix: 13/06/11 AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Cənubi Koreyaya ezam olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli Araşdırmalar Fondunun dəvəti ilə Cənubi Koreyaya ezam olunacaqlar. Məqsəd informasiya və şəbəkə təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Tarix: 11/06/11 Tədqiqat: telefonlar aviaqəza riskini artırır

Bütün dünya üzrə 230 şirkəti birləşdirən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) aviasiya cihazlarına portativ texnikanın təsiri haqqında tədqiqatın nəticələrini elan edib. Ekspertlər belə nəticəyə gəliblər ki, telefon, pleyr, noutbuk və planşetlərdən istifadə həqiqətən təyyarə qəzasının səbəbi ola bilər.

Tarix: 10/06/11 SMS bankçılıq xidməti

Kapital Bank daha bir kampaniyaya start verir. "Fərqi yoxdur hardasan, hər yerdə bankınlasan!" devizi altında keçirilən kampaniyanın təşkilində məqsəd müştərilərin "SMS bankçılıq" xidmətindən istifadəyə həvəsləndirilməsi, bu xidmətə yeni müştərilərin cəlb olunmasıdır.

Tarix: 10/06/11 Texniki-peşə təhsili inkişaf etdirilir

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsinin yeni mərhələsinə başlamışdır.

Tarix: 10/06/11 Metronun bütün stansiyalarında SMS-lə gedişhaqqı ödəmək mümkün olacaq

Artıq mobil telefondan SMS göndərməklə Bakı Metropoliteninin xidmətindən istifadə edənlər var. Bu barədə məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, "Mobisky" şirkəti ilə həyata keçirilən layihədən yararlanan sərnişinlər kart almadan, növbəyə dayanmadan mobil telefonundan istifadə edərək gedişhaqqı ödəyərək xidmətdən yararlana bilər.

Tarix: 10/06/11 Təqaüdlər haqda SMS vasitəsi ilə məlumat almaq mümkündür

Azərbaycanda təqaüdçülərin SMS-bildiriş vasitəsilə onların hesabına pensiyanın ödənilməsi haqqında məlumatlandırılması üzrə xidmətlərin maliyyələşdirilməsi tam şəkildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək. Bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

Tarix: 10/06/11 Strateji Araşdırmalar Mərkəzi sosial şəbəkələrdə səhifə yaradıb

Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “Facebook” və “Twitter” sosial şəbəkələrində səhifələri mövcuddur. Son zamanlar sosial şəbəkələr insanların gündəlik həyat tərzinin və qlobal məkanın ayrılmaz tərkib hissəsinə çevrilib.

Tarix: 09/06/11 Bakcelldən pulsuz SMS

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti hər zaman olduğu kimi, bütün abunəçilərini yeni-yeni xoş xəbərlərlə sevindirir. Bu dəfə Bakcell öz abunəçilərinə daha bir gözəl sürpriz bəxş edərək, bir gün ərzində digər Bakcell abunəçilərinə pulsuz SMS göndərmək imkanı yaradır.

Tarix: 09/06/11 Elektron ekologiya kitabxanası

ARDNŞ Ekologiya İdarəsinin internet saytında elektron ekoloji kitabxananın yaradılması məqsədi ilə 2008-ci ildən başlayaraq beynəlxalq neft şirkətləri ilə sıx əməkdaşlıq qurulmuş və elektron kitabxana üçün zəruri materiallar toplanıb.

Tarix: 09/06/11 “B&BTV” bu ilin axırına Naxçıvanda yayımlanacaq

“B&BTV Communications” Naxçıvan ərazisində rəqəmsal televiziya yayımı üçün məsləhətçiləri cəlb edir. Şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov ICTnews-ə bildirib ki, yayımı təçkil etmək üçün əsas avadanlıq, kodlaşdırma və müdafiə avadanlığı sistemlərinin təmin edilməsi məsələsi müzakirə olunur.

Tarix: 09/06/11 Amerikalıların virtual oyun həvəsləri

Proqram təminatı istehsalçıları və Entertainment Software Association (ESA) kompyuter oyunlarının Amerika assosiasiyası virtual əyləncə həvəskarının orta yaşını aydınlaşdırmaq məqsədi ilə tədqiqat keçirib. Məlum olub ki, oyunlar heç də yalnız uşaqlar üçün deyil. Tədqiqatın nəticələrinə əsasən, Amerika “oyunçu”sunun orta yaşı 37-dir.

Tarix: 08/06/11 TV və radio yayımı üçün dövlət rüsumu dəyişdiriləcək

Azərbaycanda televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək. Artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun dəyişdirilməsi ilə bağlı müvafiq strukturlarla məsləhətləşmələr aparıb.

Tarix: 07/06/11 Energetika və Alternativ Enerji Sərgisində yüksək texnologiyalar

Bu gün «Bakı Ekspo» mərkəzində öz işinə başlayan 18-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçirilir. Sərgi çərçivəsində «Iteca Caspian» şirkətinin vasitəçiliyi ilə Bakıda «Xəzər Neft və Qaz, Neftayırma və Neftkimyası» adlı konfrans təşkil olunub. Ötənilki sərgi bu il keçiriləcək sərgidən əvvəlki 17 sərgidən böyük olacaq.








24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq