bölmədə 3365 material var

Tarix: 18/04/13 Azərbaycanda pensiya təyinatı iyulun 1-dən elektron sistemə keçəcək

Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda pensiya təyinatı elektron sistemə keçəcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Tarix: 17/04/13 Elektron ipoteka kalkulyatoru istifadəyə verilib

Azərbaycanda ipoteka kreditlərini hesablamaq üçün elektron kalkulyator yaradılıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən kalkulyator «Banker.az» portalı tərəfindən istifadəçilərə təqdim olunan kredit kalkulyatorlarından biridir.

Tarix: 17/04/13 Klaus Kersten: “Avstriya Azərbaycanla elektron xidmətlərdən istifadənin genişləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır”

Avstriya “Elektron hökumət” quruculuğu və elektron xidmətlərdən istifadə ilə bağlı Azərbaycanın təhsil sektoru ilə əməkdaşlıq etməkdə maraqlıdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Avstriyanın Beynəlxalq Biznes Məktəbinin (International Business School Austria) direktoru Klaus Kersten məlumat verib.

Tarix: 17/04/13 İlham Əliyev Mingəçevir Su Anbarının təhlükəsizlik sistemi ilə tanış olub

Prezident İlham Əliyev Mingəçevir Su Anbarının perimetr və aquatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış olub.

Tarix: 17/04/13 Geologiya İnstitutunda innovasiyalar tədris olunacaq

AMEA Geologiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) “Seysmologiya və yer təkinin fizikası” kafedrasının filialı yaradılıb. AMEA Prezidentinin səlahiyyətlərini icra edən, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən imzalanmış birgə müqavilə əsasında təşkil olunmuş filialda bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Tarix: 17/04/13 Azərbaycana mobil telefon və aksesuarları qaçaqçılıq yolu ilə gətirmək cəhdinin qarşısı alınıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən ölkəyə mobil telefon və aksesuarları qaçaqçılıq yolu ilə gətirmək cəhdinin qarşısı alınıb.

Tarix: 17/04/13 Yüksək texnoloji inkişaf İsveçi zibilsiz qoydu

Ən yüksək texnoloji inkişaf nümayiş etdirən İsveç bu həftə maraqlı, eyni zamanda məzəli xəbərlə gündəmə gəlib: elektrik və istilik tələbatının böyük hissəsini tullantılardan əldə edən ölkədə zibil tükənib.

Tarix: 16/04/13 Azərbaycanda innovasiya infrastrukturunun inkişafı məsələləri müzakirə edilir

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi və Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi proqramının təşkilatçılığı ilə “TAİEX proqramı – Avropa İttifaqının “Avropa qonşuluq siyasəti” çərçivəsində Azərbaycanın innovasiya infrastrukturu sahəsində texniki yardım və informasiya mübadiləsi” mövzusunda seminar keçirilib.

Tarix: 16/04/13 Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə imzalanmış Memoranduma əsasən yerli kadrlar ixtisasartırma kursu keçəcəklər

İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nı həyata keçirir.

Tarix: 15/04/13 Sosial şəbəkə vasitəsilə ilk dəfə səs verən gənclərin seçki ilə bağlı maarifləndirilməsinə başlanılıb

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən icra edilən “Sənin səsin - sənin seçimin” adlı layihə həyata keçirilir.

Tarix: 13/04/13 Elektron səhiyyə sistemində tətbiq edilən elektron həllər beynəlxalq tədbirdə müzakirə ediləcək

Aprel ayının 15-dən 19-na qədər Türkiyənin İstanbul şəhərində elektron səhiyyə sahəsi üzrə ekspertlər səviyyəsində böyük toplantı keçiriləcək. Səhiyyə Müəssisələri İnteqrasiyasının (Integrating the Healthcare Enterprise- IHE) təşkil etdiyi “The 13th annual IHE-Europe Connectathon” konfransında Azərbaycanı Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə təmsil edəcək.

Tarix: 12/04/13 Onlayn ödəniş et, bankdan hədiyyə qazan!

ASC “Xalq Bank”ı kommunal ödənişləri “www.xalqbank.az” saytı vasitəsilə onlayn həyata keçirən müştərilər üçün uduşlu lotereyaya start verib. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, adıçəkilən saytda kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəyən istifadəçilər lotereyada oynanılan qiymətli hədiyyələrə sahib ola bilərlər.

Tarix: 12/04/13 Azərbaycanda “Sterilizasiya məqsədli güclü qamma qurğuları” üzrə laboratoriya yaradılır

2013-cü il may ayında AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və elmi müəssisənin bir qrup əməkdaşı Avstriyanın Vyana şəhərində olacaqlar. Səfərdə məqsəd Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada yerləşən mənzil-qərargahında keçiriləcək görüşdə iştirak etməkdir.

Tarix: 11/04/13 Almaniya Bundestaqının nümayəndəsi Azərbaycan parlamentində keçirdiyi görüşdə innovasiya texnologiyalarından danışıb

Almaniya Bundestaqının İqtisadiyyat və texnologiyalar komitəsinin üzvü Martin Lindner bu gün Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşüb.

Tarix: 11/04/13 Beynəlxalq elmi reyestrə daxil olan jurnallarda nəşr olunmuş yerli məqalələrin sayı artmaqdadır

Beynəlxalq elmi reyestrə daxil olan jurnallarda nəşr olunmuş yerli məqalələrin sayı artmaqdadır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA-dan qeyd edilib ki, 2012-ci ildə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə institutların əməkdaşları elmi nailiyyətlərə müvəffəq olublar.








01 May 2017

30 04 2017