Tarix: 09/04/14 “Instagram”da kosmosda çəkilmiş ilk foto dərc olunub

“Instagram” xidmətində Beynəlxalq Kosmik Stansiyanın profilində astronavt Stiven Svenson şelfi yerləşdirib. “Gizmodo” saytı yazır ki, bu şəkil xidmətin tarixində kosmosda çəkilmiş ilk fotodur.
Tarix: 09/04/14 “Samsung” qəzetdən 288 min dollar tələb edir

“Samsung” Koreyanın “Electronic Times” qəzetini məhkəməyə verib. Qəzetin səhifəsində şirkətin “Galaxy S5” smartfonu haqqında mənfi fikirlərin nəşri səbəb kimi göstərilir.
Tarix: 09/04/14 Yerli kabel televiziyası abunəçilərinə kompensasiya və bonuslar təqdim edəcək

“Ailə TV” kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım dünən axşam saatlarından qismən bərpa olunub.
Tarix: 09/04/14 “Intel” 1,5 min əməkdaşı işdən azad edir

“Intel” şirkəti Kosta-Rikanın Erediya şəhərində yerləşən zavodun bağlanması ilə əlaqədar 1,5 min əməkdaşını işdən azad edir.
Tarix: 09/04/14 Azərbaycanlı İT mütəxəssisi “Microsoft”un yüksək mükafatına layiq görülüb

“Microsoft” korporasiyası azərbaycanlı İT mütəxəssisi Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxəssisi (“Most Valuable Proffesional” – MVP) adına layiq görüb.
Tarix: 09/04/14 Smartfon istifadəçilərinin 52%-i hər gün xəbər oxuyur

“HTC”-nin tədqiqatına əsasən, smartfon vasitəsilə hər bir istifadəçi dünya xəbərlərinə sürətli və asan giriş əldə edir
Tarix: 09/04/14 Məşhur texnologiya yenilikləri sərgisi öz işinə başlayır

Birminhemdə “The Gadget Show Live” texnologiya yenilikləri sərgisi öz işinə start verir. Tədbirdə “Microsoft”, “GoPro”, “Nokia”, “Olympus”, “Philips”, “Samsung”, “Sony” şirkətləri daxil olmaqla təxminən 200 firma iştirak edəcək.
Tarix: 09/04/14 Dünya Startup Yarışmasının Bakıda final mərhələsi keçiriləcək

Bu ayın 18-də Azərbaycanda reallaşdırılan Dünya Startup Yarışmasının Bakıda final mərhələsi keçiriləcək. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbir “Azercell”, “Barama” İnnovasiya Mərkəzi, “Seedstars” və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tarix: 09/04/14 “Bakcell” in MNP gözləntiləri özünü niyə doğrultmadı?

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti MNP sisteminin tətbiqindən gözlədiyi effekti əldə etməyib.
Tarix: 09/04/14 GUAM-ın informasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası keçirilib

Aprelin 7-də Tbilisidə Gürcüstan tərəfin sədrliyi ilə informasiya texnologiyaları üzrə işçi qrupunun dördüncü iclası keçirilib. İclasda GUAM-ın iştirakçıları olan dövlətlərin və təşkilatın Katibliyinin nümayəndələri iştirak ediblər.
Tarix: 08/04/14 “Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat”

“Nar Mobile” mobil operatoru Azərbaycanda qan donorluğunu təşviq etmək məqsədilə “Nar Donor” adlı sosial layihəyə başladığını elan edib.
Tarix: 08/04/14 “KÜR” şirkəti İnnovasiya mərkəzi yaradıb

Azərbaycanda yeni məhsulların bazarda təkmilləşdirilməsi, yayılması və inkişaf etdirilməsinə xidmət edəcək “KÜR” İnnovasiya mərkəzi yaradılıb.
Tarix: 08/04/14 Azərbaycan bankları məsafədən bank xidmətlərinin göstərilməsi sistemini tətbiq edirlər

Azərbaycanın bir neçə bankı “BSS” şirkətinin məsafədən bank xidmətlərinin göstərilməsi sistemini tətbiq edir.
Tarix: 08/04/14 Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarının yaradılması üçün 3 Regional İnformasiya Mərkəzi yaradılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün respublikamızın artıq 3 bölgəsində Regional İnformasiya Mərkəzi yaradılıb.
Tarix: 08/04/14 2013-cü ildə “yaşıl” energetika sahəsinə yatırılan investisiya azalıb

“Bloomberg New Energy Finance” və BMT-nin Ətraf Mühit üzrə Proqramı tərəfindən hazırlanmış “Global Trends in Renewable Energy Investment 2014” tədqiqat materialına əsasən, 2013-cü ildə bərpa olunan energetika sahəsinə qlobal investisiyaların həcmi 14 faiz azalıb, lakin ötən il "təmiz" elektrik enerjisinin generasiyası artmağa davam edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248