Tarix: 23/11/13 “Intel” şirkəti 64 bit tutumlu “Android” sistemini nümayiş etdirib

“Intel” şirkəti sərmayədarlarla keçirilən görüşdə “Bay Trail” çipli qurğuların işi üçün nəzərdə tutulan 64 bit tutuma malik “Android” əməliyyat sistemini nümayiş etdirib.
Tarix: 22/11/13 “İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) “İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Tarix: 22/11/13 Ənənəvi FK bazarında yeni antirekord gözlənilir

“IC Insights” analitik şirkətinin proqnozuna əsasən, 2012-2017-ci illərdə masaüstü fərdi kompüter, noutbuk, planşet, həmçinin internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş yığcam kompüterlər daxil olmaqla FK sistemləri bazarının həcmi ildə orta hesabla 10% artacaq.
Tarix: 22/11/13 Azərbaycanda İKT üzrə ümumrespublika forumu keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyilə (RİTN) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakıda “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Ümumrespublika Forumu” keçirəcək.
Tarix: 22/11/13 Akif Əlizadə: “Elmi-innovativ fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həyata keçirilən islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi tədqiqat işlərinin genişləndirilməsi, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulması ilə bağlı bu gün mətbuat konfransı keçirilib.
Tarix: 22/11/13 “Foxconn” smartfon və planşet istehsalının ABŞ-da yerləşdirilməsi ilə bağlı danışıqlar aparır

“Apple” şirkətinin müqavilə əsasında fəaliyyət göstərən nəhəng “Hon Hai Precision Industry” korporasiyası (brend Foxconn) smartfon və planşet istehsalının ABŞ-da yerləşdirilməsini növbəti inkişaf mərhələsinin tərkib hissəsi kimi müəyyənləşdirərək bu istiqamətdə imkanlar axtarır.
Tarix: 22/11/13 Gələn il Azərbaycanın ilk oyun və texnologiya dərgisi işıq üzü görəcək

Azərbaycanın ilk oyun və texnologiya dərgisi yaradılır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dərgi “Evolution”, yəni təkamül adlanır.
Tarix: 22/11/13 “Elektron hökumət” portalı xarici ölkə vətəndaşları üçün yeniliklər təqdim edir

Artıq “Elektron hökumət” portalı ölkəmizin vətəndaşları ilə bərabər, xarici ölkə vətəndaşlarına da elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
Tarix: 22/11/13 Bakıda “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək

Bakıda noyabrın 27-də “Microsoft-Azerbaijan”, “VeriPark” və “Avtenta” şirkətlərinin birgə təşkilatçılığı ilə “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, seminar maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Tarix: 22/11/13 “Samsung” 250 milyon dollar dəyərində cərimələnib

San-Xose şəhərində andlılar məhkəməsi “Samsung” şirkətini “Apple”ın patentlərini pozmaqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, o, rəqibinə 290 milyon dollar dəyərində kompensasiya ödəməlidir. Bu haqda noyabrın 22-də “Agence France-Presse” agentliyi məlumat yayıb.
Tarix: 22/11/13 “Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək

2014-cü ilin birinci yarısından etibarən Finlandiyanın “Nokia” şirkətinin telefon biznesi ABŞ-ın “Microsoft” korporasiyası tərkibinə daxil olacaq (“Nokia” şirkətinin telefon biznesi “Microsoft” tərəfindən satın alınıb). Bununla əlaqədar şirkətin smartfon istehsalı ilə məşğul olan 32 min əməkdaşı, o cümlədən Finlandiyada çalışan 47 min nəfər ABŞ korporasiyasına işləməyə keçəcək.
Tarix: 22/11/13 Rusiyanın nüfuzlu sərgi portalında “Bakutel 2013” haqda məlumat yerləşdirilib

Rusiyanın məşhur “expomap.ru” sərgi portalında Azərbaycanın “Bakutel 2013” telekommunikasiya və informasiya texnologiyaları sərgisi haqqında məlumat yerləşdirilib.
Tarix: 22/11/13 “Ultra HD” mobil prosessor təqdim olunub

“Qualcomm” şirkəti sistem səviyyəsində “Ultra HD” təsvir ölçüsünün dəstəklənməsini nəzərdə tutan “Snapdragon 805” mobil prosessorunu nümayiş etdirib. Belə ki, yeni çip istehsalçılara smartfon və planşet kompüterləri “4K” formatlı ekranlarla (3840х2160 piksel) təchiz etməyə imkan verəcək.
Tarix: 22/11/13 “Bakutel 2013” sərgisində startupçılara geniş imkanlar yaradılacaq

Bu il Azərbaycanda böyük vüsət alan “startup” hərəkatına Bakıda keçiriləcək “Bakutel 2013” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgi-konfransında da geniş diqqət yetiriləcək
Tarix: 22/11/13 “Apple” gələn il smartfonların qiymətini artıracaq

Altıncı nəsil “Apple” smartfonlarının qiyməti istehsalçının digər qurğuları ilə müqayisədə 50 və ya 100 dollar baha olacaq. Bu barədə “Susquehanna Financial Group” şirkətinin analitiki Kris Keyso bildirib.
Analitikin fikrincə, bu addım şirkətə “iPhone 5” modelinin buraxılışı ilə azalmağa başlayan qiymət fərqini yüksək səviyyədə saxlamağa imkan verəcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248