Tarix: 06/06/13 Çip bazarında vəziyyət necədir?

“WSTS” (World Semiconductor Trade Statistics) sahə üzrə statistik təşkilatının proqnozuna əsasən, 2013-cü ildə qlobal yarımkeçirici sənayesinin həcmi 297,8 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 2,1% çoxdur.
Tarix: 06/06/13 2016-cı ildə smartfonlar qlobal mobil telefon bazarının 85%-nə sahiblənəcək

“IC Insights” tədqiqat şirkətinin qiymətləndirməsinə əsasən, 2012-ci ildə 712 milyon smartfon istehsal edilib ki, bu da 2011-ci illə müqayisədə 47% çoxdur. Analitiklərin proqnozuna görə, cari ildə 1 milyard smartfon istehsal ediləcək və nəticədə qlobal mobil telefon bazarının 50%-dən çox hissəsinə sahiblənəcək.
Tarix: 06/06/13 Ünvanvermə sahəsində Dövlət Standartı təsdiqlənib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən hazırlanmış “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” Dövlət Standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib.
Tarix: 06/06/13 “Fujitsu” şirkəti rekord təsvir ölçüsünə malik ekranla təchiz edilmiş noutbuk təqdim edib

Yaponiyanın “Fujitsu” şirkəti 3200x1800 piksel təsvir ölçüsünə malik 14 düymlü ultrabuk təqdim edib. Yeni “Lifebook UH90/L” ultrabukunda “Sharp IGZO” ekran texnologiyasından istifadə edilib.
Tarix: 06/06/13 “TERENA Networking Conference” beynəlxalq konfransı keçirilir

Niderlandın Maastrixt şəhərində keçirilən “TNC2013 – TERENA Networking Conference” beynəlxalq konfransı davam edir. Avropanın ən nüfuzlu tədbirlərindən olan “TNC2013” Hollandiyanın “SURFnet”, “Cisco”, “ADVA” və digər məşhur şirkət və təşkilatların təşkilatçılığı ilə keçirilir.
Tarix: 06/06/13 Azərbaycan sənədlərin internet resurslarında yerləşdirilməsi mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub

Polşanın paytaxtı Varşava şəhərində “Elektron sənəd və arxiv sənədlərinin internet resurslarında yerləşdirilməsi” mövzusunda XIII beynəlxalq konfrans keçirilib.
Tarix: 06/06/13 Azərbaycanla Yaponiya arasında elm və texnologiyaların transferi sahəsində memorandum imzalanıb

Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında EİF ilə 22 şirkəti özündə birləşdirən “Tokyo Boeki Group” beynəlxalq holdinqin üzvü olan və elmi-analitik cihaz, avadanlıq və qurğuları istehsal və təchiz edən Yaponiyanın tanınmış “Tokyo Boeki Technology Ltd” şirkəti arasında Qarşılıqlı Anlaşma Haqqında Memorandum imzalanıb.
Tarix: 06/06/13 Rumıniyada Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqi müzakirə olunub

Kənd təsərrüfatı naziri İsmət Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdədir.
Tarix: 06/06/13 Yerli şirkət beynəlxalq status aldı

“BestComp Group” şirkəti “Microsoft” korporasiyasının “Large Account Reseller” (LAR) statusunu alıb.1995-ci ildə yaradılmış “BestComp Group” şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir və beş ildən artıqdır ki, “Microsoft”un tərəfdaşıdır.
Tarix: 06/06/13 “WiSee” texnologiyası ev elektronikasını idarə etməkdə inqilab edə bilər

Vaşinqton Universitetindən tərtibatçılar pultlardan istifadədən imtina etməyi və bütün elektron cihazları jestlərin köməkliyi ilə idarə etməyi təklif edirlər.
Tarix: 06/06/13 İSB-nin informasiya sistemi vasitəsilə bağlanan sığorta müqavilələrinin statistikası açıqlanıb

Bu ilin may ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 96,4 mindən çox sığorta müqaviləsi bağlanıb.
Tarix: 06/06/13 İstirahət mərkəzləri müasir rabitə xidmətləri ilə təchiz olunur

“Aztelekom” İstehsalat Birliyi istirahət mərkəzlərində dincələnlərə müasir rabitə xidmətləri təqdim etməyə hazırdır. Bu barədə məlumatı birliyin baş direktorun 1-ci müavini, texniki direktor Zahir Vəliyev verib.
Tarix: 06/06/13 Bakıda “Startup Weekend” keçiriləcək

Cari ilin 7-9 iyun tarixlərində ilk dəfə olaraq Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri keçiriləcək. Layihə Azərbaycanda böyük maraqla qarşılanıb və xeyli sayda insan tədbirdə iştirak etməyə həvəs göstərir.
Tarix: 06/06/13 Planşetlərdə “4G” texnologiyası tətbiq ediləcək

Ekspertlərin proqnozuna əsasən, yaxın illərdə planşet sahibləri arasında mobil genişzolaqlı rabitədən istifadə sürətlə artacaq.
Tarix: 06/06/13 AZAL-da mobil telefonla onlayn qeydiyyatdan keçmək mümkündür

AZAL bir neçə xidmətlərini elektronlaşdırıb və sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə sifarişlərin, eləcə də bir sıra digər məsələlərin internet üzərindən həll edilməsini təmin edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248