Tarix: 11/04/13 Respublika üzrə 150 minə yaxın şəxsə “Tibbi müayinə kartı” verilib

İndiyə qədər respublika üzrə 150 minə yaxın şəxsə “Tibbi müayinə kartı” verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.
Tarix: 11/04/13 Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi azərbaycanlı tələbələrə xaricdə təhsil alma imkanı yaradır

Azərbaycanlı tələbələrin xaricdə təhsillərini davam etdirməsi üçün növbəti təklif gəlib. Bu dəfə yerli tələbələrimizə ölkədən kənarda təhsil alma imkanını Koreya Respublikasının Təhsil, Elm və Texnologiya Nazirliyi yaradır.
Tarix: 11/04/13 “Yahoo!” və “Apple” ittifaqı möhkəmlənir

“Apple” və “Yahoo!” şirkətləri əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparırlar. “Yahoo!”-nun xidmətlərinin “iPhone” və “iPad” cihazlarında nəzərəçarpan rol oynaması müzakirələrin mövzusu olacaq.
Tarix: 10/04/13 Yerli bank innovativ “Şəxsi Kabinet” funksiyasını işə salıb

“Bank Technique” ASC innovativ xidmətlərinə daha birini əlavə edərək, müştərilərinin rahatlığını təmin etmək məqsədilə “Şəxsi Kabinet” funksiyasını istifadəyə verib.
Tarix: 10/04/13 Elektron ticarət xidmətlərinin təşkilini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var

Azərbaycan startup yaradıcıları ölkədə e-ticarət fəaliyyətinin həyata keçirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.
Tarix: 10/04/13 İstifadəçilərin əksəriyyəti yeni “BlackBerry” smartfonu almağa maraq göstərmir

“MKM Partners” analitik şirkətinin 1500-dən çox amerikalı istehlakçı arasında keçirdiyi sorğunun yekununa əsasən, istifadəçilərin 82,6%-i indiyə qədər yeni “BlackBerry 10” əməliyyat sisteminin istifadəyə verilməsindən xəbərsizdir.
Tarix: 10/04/13 Ali məktəblərdə hazırlanan İT mütəxəssislərinin təcrübə keçməsi üçün imkan yaratmaq lazımdır

Azərbaycanda informasiya texnologiyaları ixtisaslarının adlarının və çeşidlərinin beynəlxalq səviyyəyə qaldırılmasına ehtiyac var. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda konfrans çərçivəsində çıxışında Azərbaycan Universitetinin nümayəndəsi Vahid Qasımov bildirib ki, Azərbaycan ali məktəblərinə qəbul cəmi bir neçə ixtisas üzrə aparılır.
Tarix: 10/04/13 “İnformasiya təhlükəsizliyinin elmi-praktiki problemləri” üzrə növbəti elmi seminar keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin elmi-praktiki problemləri” üzrə növbəti elmi seminar keçirilib.
Tarix: 10/04/13 Sabah Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu start götürəcək

Aprelin 11-dən 13-dək Azərbaycanda ilk dəfə Bakı Ekspo Mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri “CATEF 2013”- Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu keçiriləcək.
Tarix: 10/04/13 Azərbaycanla Avstriya arasında elektron səhiyyə sahəsində əməkdaşlıq müzakirə ediləcək

Azərbaycanla Avstriya arasında elektron səhiyyə sahəsində əməkdaşlığın mümkün istiqamətləri Türkiyədə müzakirə ediləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda rəsmi səfərdə olan Avstriya Səhiyyə sistemləri və texnologiyaları korporasiyasının (AHC) icraçı direktoru Kristian Tino Terraneo məlumat verib.
Tarix: 10/04/13 ADİU-da Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi (TISC) yaradılacaq.
Tarix: 10/04/13 Azərbaycan mobil kontent yaradıcıları mobil rabitə operatorlarından daha əliaçıq olmağı xahiş ediblər

Azərbaycanın mobil kontent yaradıcıları mobil rabitə operatorlarından istifadəçilərə təqdim edilən kontentdən gələn gəlirlərin bölgüsündə daha əliaçıq olmağı xahiş ediblər.
Tarix: 10/04/13 “StartUp Azərbaycan” layihəsinin yaradıcıları yerli investorlara sərmayə qoyuluşlarına baxışlarını dəyişməyi tövsiyə ediblər

Bu gün Bakıda “StartUp Azərbaycan” layihəsi çərçivəsində “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda konfrans keçirilib. Konfransın məqsədi ölkədə milli “StartUplar”ın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.
Tarix: 10/04/13 Amerikalı yeniyetmələr bu smartfona üstünlük verirlər

“Piper Jaffray” analitik şirkətinin keçirdiyi tədqiqata əsasən, amerikalı yeniyetmələrin 48%-i “Apple” smartfonundan istifadə edir, 62%-i gələcəkdə sözügedən qurğunu almaq niyyətindədir. Ötən illə müqayisədə adıçəkilən aparatın gənc istifadəçilərinin sayı 8% artıb.
Tarix: 10/04/13 Geoloji-texnoloji modellərin yaradılması zamanı tətbiq olunan proqram təminatı hazırlanıb

“Azneft” İstehsalat Birliyinin Geoloji xidmətinin əməkdaşları və NQÇİ-lərin mütəxəssisləri ROXAR şirkəti tərəfindən “Yataqların işlənməsinin monitorinqi texnologiyaları” mövzusunda təşkil edilən seminarda iştirak ediblər.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248