Tarix: 18/03/13 “Panasonic” plazma panellərin istehsalından imtina edir

Yaponiyanın "Panasonic” korporasiyası televizor və digər qurğular üçün plazma panel istehsalından tamamilə imtina etmək niyyətindədir. Korporasiya maye kristal ekran istehsalçıları ilə apardığı rəqabət mübarizəsində öz məğlubiyyətini etiraf edib.
Tarix: 18/03/13 Monqolustan, Əfqanıstan və Tacikistan Azərbaycanın gömrük xidmətinin informasiya texnologiyaları üzrə təcrübəsi ilə tanışlıq arzusundadır

Monqolustan Baş Gömrük İdarəsi, Əfqanıstan Maliyyə Nazirliyinin Gömrük Xidməti və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin nümayəndələri Azərbaycan gömrük xidmətinin informasiya texnologiyaları, həmçinin “bir pəncərə” prinsipi sahəsində mövcud təcrübəsi ilə yaxından tanış olmaq arzusundadırlar.
Tarix: 18/03/13 Hindistan iyunda ilk naviqasiya peykini orbitə buraxacaq

Hindistanın yeddi naviqasiya peykindən birincisi “IRNSS-1” cari ilin iyununda orbitə buraxılacaq. Bu barədə Hindistan Kosmik Araşdırmalar Təşkilatının direktoru Radhakrişaya istinadən “Hindustan Times” qəzeti məlumat verib.
Tarix: 18/03/13 Riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək

Cari ilin 29-31 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək.
Tarix: 18/03/13 Azərbaycan Prezidenti “Azərbaycanda Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Tarix: 18/03/13 Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası universitet və sənaye sahələrində çalışan mütəxəssisləri Bakıya toplayacaq

“Təmiz Şəhər” ASC 17-21 iyun tarixlərində Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) və “CNİM S. A.” şirkəti ilə birgə “Tullantıdan Enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi” mövzusunda beynəlxalq seminar keçirəcək. Tədbir 5 gün davam edəcək.
Tarix: 16/03/13 Mübariz Qurbanlı: «Azərbaycanda İKT və nanotexnologiya sahəsində həyata keçirilən layihələrin yüksək nəticəsini görəcəyik»

«Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq İKT, nanotexnologiyalar sahələrində, bütövlükdə sənayenin ayrı-ayrı sahələri, o cümlədən hərbi sənayedə Azərbaycan gənc dövlət olaraq layihələr həyata keçirir».
Tarix: 16/03/13 Qeydiyyat orqanlarında elektron xidmət köşkləri quraşdırılacaq

Bakı şəhərinin notariat kontorlarında quraşdırılmış elektron xidmət köşkləri vasitəsi ilə notariat hərəkətləri, o cümlədən dövlət rüsumları və haqlar barədə geniş məlumat verilməsi ilə yanaşı, müvafiq ödənişlərin həyata keçirilməsi təşkil olunub.
Tarix: 16/03/13 Yoxlamalarla bağlı mobil rabitə üzərində qısa mesaj vasitəsilə məlumatlandırma xidməti təşkil olunub

Yoxlamalar haqqında məlumatların daha asan əldə edilməsi üçün telefonla avtomatlaşdırılmış və mobil rabitə üzərində qısa mesaj vasitəsilə məlumatlandırma xidməti təşkil olunub.
Tarix: 16/03/13 İT sahəsinin ən yaxşı baş direktoru kimdir?

"Facebook" sosial şəbəkəsinin banisi və baş direktoru Mark Zukerberq nüfuzlu "Glassdoor.com" saytı tərəfindən şirkətin keçmiş və cari əməkdaşlarının rəyi əsasında tərtib edilmiş 2013-cü ilin 50 ən yaxşı baş direktorları reytinqində birinci olub.
Tarix: 16/03/13 Vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb

1927-ci ildən bəri 1,3 milyona yaxın notariat sənədini ehtiva edən Dövlət notariat arxivində vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Tarix: 16/03/13 15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktı elektron formata köçürülüb

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində qeydiyyata alınmış 15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktı elektron formata köçürülüb.
Tarix: 16/03/13 Parisdə Azərbaycanın investisiya və ixrac imkanlarına dair təqdimatı keçirilib

Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının əməkdaşlığı ilə Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə "Azərbaycan: Qafqazın lokomotivi-investisiya potensialı və imkanları" mövzusunda biznes forumu keçirilib.
Tarix: 16/03/13 Texnologiyalar bu günün qiymətli nəşrlərini gələcək nəsillərə ötürən əsas vasitəyə çevrilib

Bu günün qiymətli nəşrlərini gələcək nəsillərə ötürmək üçün onları necə saxlamaq lazımdır? Texnoloji, innovativ yanaşmalar bu suala da artıq çoxdan cavab tapıblar. Hazırda dünyada texnologiyalar sələflərdən xələflərə çatacaq mənəvi incilərin əsas ötürücüsünə çevrilib və bu proses dünya elektron kitabxanalarının yaranmasında əsas təkanverici rol oynayıb.
Tarix: 16/03/13 Klassik, yoxsa onlayn təhsil?

Davos Forumunda innovativ texnologiyalarla bağlı müzakirə olunan məsələlər Rusiya təhsil cəmiyyətinin də diqqətini cəlb edib. Forumda onlayn texnologiyaların təhsildə inqilabi dəyişikliklər yarada biləcəyi ilə bağlı mübahisələr qızışıb. Davosda müzakirə olunan Stenford Universitetinin professoru Dafna Kollerin onlayn təhsillə bağlı «RevolutiOnline.edu” layihəsinı rusiyalı ekspertlər birmənalı qarşılamayıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248