Tarix: 14/01/13 “Apple” şirkəti “iPhone 5”-in istehsal həcmini azaldır

“Apple” şirkəti “iPhone 5” “ağıllı” telefonlarının istehsalı üçün lazımi elektron komponentlərə edilmiş sifarişlərin həcmini azaldır. Buna səbəb onlara tələbatın azalmasıdır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “The Wall Street Journal“ nəşri məlumat verib.
Tarix: 14/01/13 Gəncədə ən müasir texnologiyalara cavab verən elm və texnologiyaları bir araya gətirəcək texnopark yaradılacaq

Bu il Gəncədə ən müasir texnologiyalara cavab verən elm və texnologiyaları bir araya gətirəcək texnopark yaradılacaq. Təxminən 10 zavoddan ibarət olacaq texnoparkda, ümumilikdə, 20 min nəfərə yaxın insan daimi işlə təmin ediləcək.
Tarix: 14/01/13 “Caspian Telecoms 2013” telekommunikasiya konfransı apreldə İstanbulda keçiriləcək

Azərbaycanın informasiya-rabitə texnologiyaları sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq konfransın işində təqdim ediləcək.
Tarix: 14/01/13 “Samsung” 100 milyon ədəd “Galaxy” “ağıllı” telefonu satıb

Cənubi Koreya nəhəngi “Samsung Electronics” şirkəti “Galaxy” ticarət markası altında satılmış “ağıllı” telefonların sayını açıqlayıb. Bu qurğular bazarda 2 il 7 aydır ki mövcuddur və onların satış həcmi 100 milyon təşkil edib. Hər gün təxminən 190 min “Galaxy” “ağıllı” telefonu satılır.
Tarix: 14/01/13 DSK: «Ölkənin iqtisadi və sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir»

Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq informasiya və rabitə xidməti göstəriblər.
Tarix: 14/01/13 “Elektron məktəb” layihəsinə qoşulmaq icbaridirmi?

“Elektron məktəb” layihəsinə qoşulmaq könüllüdür, heç kim zorla bu xidmətə qoşula bilməz”. Bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilir.
Tarix: 14/01/13 Oğruları hansı şirkətin məhsulları daha çox cəlb edir?

Naməlum şəxslər “Microsoft” şirkətinin Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən tədqiqat mərkəzinə soxulublar. Soyğunçular hər üç ofisdən ümumi dəyəri 3 min dollar təşkil edən “iPad” planşet kompüterləri oğurlamış, “Microsoft”-un məhsullarına isə toxunmayıblar.
Tarix: 14/01/13 2012-ci ildə 1,74 milyard mobil telefon satılıb

“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə 1,74 milyard mobil rabitə qurğusu satılıb.
Tarix: 14/01/13 Bakıdakı “8 km stadionu” yerli mobil operatorun şərəfinə adlanacaq

Bakının Nizami rayonu ərazisində yerləşən “8 km stadionu” “Bakcell Arena” adlanacaq. “Bakcell” və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.
Tarix: 12/01/13 Azərbaycanda 65 min “Tələbə kartı” paylanılıb

“Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində 65 min tələbə kartı artıq paylanılıb və bu proses davam edir”. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov deyib.
Tarix: 12/01/13 "Nokia" şirkəti "Symbian" platformasının öldüyünü etiraf edib

"Nokia" şirkəti ilk dəfə olaraq "Symbian" platforması ilə müqayisədə "Windows Phone" ilə işləyən daha çox "ağıllı" telefon satıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 2012-ci ilin dördüncü rübündə "Microsoft" platforması ilə işləyən 4,4 milyon qurğu satıb.
Tarix: 12/01/13 Azərbaycana mobil telefonların idxalı 28,2 faiz artıb

2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ümumi dəyəri 7 408,4 min dollar olan 153 662 ədəd mobil telefon idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Tarix: 12/01/13 AZAL-ın dörd təyyarəsində mobil rabitədən istifadə olunacaq

Yanvar ayının sonundan "Azərbaycan Hava Yolları"nın (AZAL) 4 təyyarəsində mobil rabitədən istifadə mümkün olacaq. Bu barədə "Azerfon" MMC-dən bildiriblər.
Tarix: 11/01/13 Fərdi kompüterlərin satış həcmi azalır

“IDC” tədqiqat şirkəti həm 2012-ci ilin dördüncü rübü, həm də bütövlükdə 2012-ci il üzrə fərdi kompüter (FK) bazarındakı qüvvələr nisbətini qiymətləndirib.
Tarix: 11/01/13 “İntel” gələcək planlarını açıqlayıb

“İntel” korporasiyası ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində bir neçə mühüm bəyanat verərək 2013-cü ildə mobil qurğular sahəsi üzrə seçdiyi strategiyada həlledici olacağını anlatmağa çalışıb. Şirkətin istiqaməti əvvəlki kimi saxlanılacaq: çiplərinin enerji səmərəliliyini artırmaq və “ağıllı” telefon və planşetlər üçün nəzərdə tutulmuş “Atom” prosessor platformasını inkişaf etdirmək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248