Tarix: 16/01/12 “iPad 3” planşeti martda istehsal ediləcək

“Bloomberg” resursu üçüncü nəsil “iPad” planşeti haqqında əlavə məlumat yayıb. Nəşr 3 etibarlı mənbəyə istinad edərək iddia edir ki, planşet mart ayında istehsal ediləcək. “Foxconn” artıq qurğuların quraşdırılmasına başlayıb. Təsdiqlənmiş məlumatlara görə, yenilik “LTE” şəbəkələrini dəstəkləyəcək.
Tarix: 16/01/12 44 ilin ən böyük sərgisi

Las-Veqasda keçirilən beynəlxalq istehlak elektronikası sərgisinin təşkilatçıları tədbiri 44 illik tarixi ərzində “CES 2012”-ni ən böyük sərgi elan ediblər və onun nəticələri haqqında məlumat veriblər. Cari il “CES 2012” sərgisinə 153 min insan gəldi. Bu göstərici 2011-ci il ilə müqayisədə təxminən 2% çoxdur.
Tarix: 16/01/12 “Bakcell” şəbəkəsi daxilində edilən zənglər zamanı “055” prefiksi yığılmalıdır

Azərbaycanın mobil operatoru olan “Bakcell” MMC şəbəkədaxili nömrələrin yığımının yeni qaydalarını tətbiq edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qətnaməsinə əsasən, 21 yanvardan, şəbəkədaxili zəng edildikdə nömrənin 10 rəqəmli yığım üslubu tətbiq ediləcək.
Tarix: 14/01/12 İKT texnologiyalarının təhsilə təsiri araşdırılacaq

Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu (TPİ) bu il təlim prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin elmi əsaslarını araşdıracaq. Yeni texnologiyaların təlimin keyfiyyətinə təsiri də əsas tədqiqat mövzularından olacaq. Bu barədə ICT News Elektron xəbər xidmətinə Təhsil
Tarix: 14/01/12 “AMD” şirkəti yeni nəsil “Trinity” prosessorlarını təqdim edib (VİDEO)

“AMD” şirkəti “Trinity” kod adlı yeni nəsil prosessorları ilin ortalarında bazara çıxaracaq. “CES 2012” sərgisində təqdim edilmiş “Trinity” çipləri 32 nanometr texnoloji proses üzrə hazırlanacaq. Onlar iki və ya dörd ədəd “x86” arxitekturalı “Piledriver” nüvəsinə,
Tarix: 14/01/12 Mobil qurğular üçün səs axtarış sistemi yaradılır

Azərbaycanın "Dilmanc" proqram təminatçısı mobil qurğular üçün səs axtarış sisteminin yaradılması üzrə işlər aparır. Bu barədə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib. Onun sözlərinə görə, səs axtarışı mobil qurğular üçün "Google"un xəritələrində axtarış sorğusunun tətbiqini təmin edir.
Tarix: 14/01/12 2011-ci il "Bakcell" üçün uğurlu olub

Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti bildirir ki, 2011-ci il şirkət üçün sürətli artım ili olub. Son illər ərzində şəbəkəyə qoyulan böyük sərmayə nəticəsində bu gün "Bakcell" ucqar rayonlar da daxil olmaqla, ölkə ərazisinin 99%-ni əhatə edir.
Tarix: 13/01/12 Azərbaycan və Koreya İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır

Azərbaycan və Koreya informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Tarix: 13/01/12 “İntel”in yeni planşeti ilin ikinci yarısında çıxacaq

“İntel” korporasiyası “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində “Windows 8” əməliyyat sistemi ilə işləyən yeni nəsil “Clover Trail” platformasında hazırlanan planşet nümunəsi təqdim edib. “Clover Trail” platformasının əsasını 32 nanometr texnoloji proses üzrə hazırlanan “Atom” nüvəsi ilə olan “Cloverview” prosessorları təşkil edəcək.
Tarix: 13/01/12 “Apple” şirkəti jestlərlə idarə olunacaq “3D” interfeysi patentləşdirir

“Apple” şirkəti ABŞ-ın Patent və ticarət markaları idarəsinə (USPTO) "sensora əsaslanan vizual mühit"ə (Sensor Based Display Environment) patent ərizəsini verib. Söhbət portativ qurğu ekranında üçölçülü virtual sahənin yaradılmasından gedir.
Tarix: 13/01/12 “İntel” korporasiyası məktəblilərin qayğısına qalır

“İntel” korporasiyası “Classmate PC” portativ kompyuterlərinin təkmilləşdirilmiş konstruksiyasını təqdim edib. Hal-hazırda Las-Veqasda (Nevada, ABŞ) keçirilən “CES 2012” sərgisində təqdim olunmuş yeni nəsil məktəb netbukları titrəyiş və zərbələrə qarşı çox davamlıdırlar.
Tarix: 13/01/12 Smartfon sahibləri Marsın fotolarını yükləyə biləcək

“NASA”-da çalışan mütəxəssisin hazırladığı əlavə smartfon sahiblərinə hal-hazırda Qırmızı planet səthində olan “Opportunity” marsoxodu vasitəsilə çəkilmiş şəkilləri əldə etməyə imkan verəcək. “iPhone”, “iPad” və “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda quraşdırılmış
Tarix: 13/01/12 “CES 2012”: “Tİ OMAP 5” prosessorları ilə işləyən qurğular ilin sonunda istehsal oluna bilər

“OMAP 5” tərkibinə 2,0 QHz-ə qədər takt tezlikli iki “ARM Cortex-A15” nüvəsi və aşağı səviyyəli rəqəmli siqnalları idarə etmək və əsas nüvələrə yüklənməni azaltmaq üçün nəzərdə tutulmuş iki “ARM Cortex-M4” nüvəsi daxildir. Bundan əlavə, mikrosxemlər qrafik mühərrikdən, yüksək dəqiqlikli video
Tarix: 13/01/12 “LG” “Microsoft”un gəlirlərini artıracaq

“LG” şirkəti “Microsoft” korporasiyasının 11-ci "qurbanı" olub. Belə ki, o da “Android” əsasında işləyən hər qurğusuna görə “Microsoft” korporasiyasına lisenziya ödənişi ödəməyə razılaşıb. Sazişin dəyəri açıqlanmır. “Microsoft” əvvəllər hər “LG” aparatından 3 dollar lisenziya ödənişi almaq istəyirdi.
Tarix: 12/01/12 2011-ci ildə “İntel” korporasiyası 54 milyard dollar qazanıb

“İntel” korporasiyasının prezidenti və əsas icraçı direktoru Pol Otellini (Paul Otellini) “Fox Business” telekanalına verdiyi müsahibəsində bildirib ki, onun korporasiyasının mədaxili 2011-ci ilin nəticəsinə əsasən, 54 milyard dollar təşkil edə bilər.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248