Tarix: 22/09/11 “Lenovo” tezliklə ən böyük fərdi kompyuter şirkəti ola bilər

“Acer” şirkətinin keçmiş prezidenti Canfranko Lyançinin “Lenovo”da konsultant vəzifəsində çalışması Cin şirkətinə fərdi kompyuter istehsalçıları arasında daha da yuxarı yerlərdən birini tutmağa kömək edə bilər, “Digitimes Research” şirkətinin baş analitiki Coan Çen belə hesab edir.
Tarix: 22/09/11 “HP” şirkətinin rəhbəri Leo Apoteker vəzifəsindən azad edilə bilər

“Hewlett-Packard” şirkətinin İdarə Heyəti veb-mənbələrin məlumatlarına əsasən, şirkətin icraçı direktoru Leo Apotekeri işdən çıxara bilər. O, bu vəzifəni təxminən 1 il bundan əvvəl Mark Xyorda istefa etdikdən sonra tutub. Bundan əvvəl cənab Apoteker 20 il ərzində Avropanın ən böyük proqram təminatı istehsalçılarından biri olan “SAP” şirkətində çalışıb.
Tarix: 22/09/11 “Adobe” şirkətinin gəliri 15 faiz azalıb

“Adobe Systems İncorporated” şirkəti Proqram təminatı istehsalçısı 3 ay ərzində 1,01 milyard dollar gəlir əldə edib, bu isə keçənilki nəticəsindən (990 milyon dollar) 2,3% yuxarıdır. Proqram təminatının satışından əldə olunan gəlir 814.5 milyon dollar təşkil edib. 111,9 milyon dollar abunələrdən əldə olunub.
Tarix: 22/09/11 Dünyanın ən möhkəm telefonu

“Sonim” şirkəti “XP1301 Core” telefonunu təqdim edib. Şirkət telefonu dünyada “NFC” texnologiya dəstəkli ilk ən möhkəm aparat adlandırıb. Model ekstremal şəraitdə istifadəyə hesablanıb və xarici təsirlərdən maksimal dərəcədə müdafiə olunma xüsusiyyəti ilə səciyyələnir: qurğu “İP68” standartına uyğundur.
Tarix: 22/09/11 Tim Kukun “Apple” rəhbəri kimi ilk təqdimatı oktyabrda olacaq

“Apple” şirkəti oktyabr ayının 4-nə yeni nəsil “iPhone” smartfonunu təqdim etməyi planlaşdırıb. Bu barədə “All Things Digital” resursu bildirib. Qeyd edək ki, “All Things Digital” adətən Amerika korporasiyası qurğularının elan tarixlərini düzgün qeyd edir.
Tarix: 22/09/11 Yerli İT şirkətinin nümayəndələri “Elektron məktəb-2011” birinci beynəlxalq konfransın işində iştirak ediblər

ULTRA şirkətinin nümayəndələri Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş “Elektron məktəb-2011” birinci beynəlxalq konfransda iştirak edib. Konfrans Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyi və “İntel” korporasiyası tərəfindən təşkil olunub.
Tarix: 22/09/11 İKT sahəsində elmi araşdırmalar aparılacaq

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi İKT sahəsində qabaqcıl texnologiyaların istehsalı və tətbiqi üçün elmi araşdırmaların keçirilməsinə başlayır. Mərkəz İngiltərənin "Lota Sales LLP" şirkəti ilə müqavilə bağlayıb.
Tarix: 22/09/11 İnformasiya-kommunikasiya texnologiyaları həftəsi çərçivəsində Azərbaycan alimlərinin məruzələri dinləniləcək

Daşkənddə (Özbəkistan) INFOCOM 2011 – informasiya-kommunikasiya texnologiyaları (İKT) həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək. İKT sahəsinin inkişafına istiqamətlənmiş, həm mütəxəssislər, həm də informasiya texnologiyaları istifadəçiləri üçün böyük
Tarix: 21/09/11 “Microsoft” ziyana düşüb

“CNN Money” layihəsinin hesablamalarına əsasən, “Microsoft” korporasiyası “Bing” internet-axtarış sisteminin işinə görə hər 3 aydan bir təxminən 1 milyard dollar itirir. Beləliklə, “Bing” axtarış sisteminin 3 illik işi zamanı ümumi zərər təxminən 5,5 milyard dollar təşkil edib. Onlayn xidmətlər bölməsi həmişə şirkət üçün ən zərərli sahələrdən biri olub.
Tarix: 21/09/11 “HP” 525 insanı işdən çıxaracaq

“Hewlett-Packard” şirkəti bütün dünya üzrə nümayəndəliklərdə “webOS” əməliyyat sistemi ilə işləyən mobil qurğuların hazırlanması ilə məşğul olmuş 525 insanı işdən çıxarmağı planlaşdırır. Keçən ay texnologiya nəhəngi rəsmən elan edib ki, “TouchPad” planşet kompyuterlərinin
Tarix: 21/09/11 Amerika şirkətləri patentlə bağlı iddialara görə 500 milyard dollar itiriblər

Hələ ki “Google” ABŞ-da patent qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı çıxış edir, Boston Universitetinin alimləri Amerika şirkətlərinin patent iddialarına görə nə qədər pul itirdiyini hesablamaq qərarı veriblər. Hesablamalar nəticəsində məlum olub ki, 1990-cı ildən bəri zərərlərin ümumi məbləği 500 milyard dollar təşkil edir.
Tarix: 21/09/11 “Apple” istehlakçıların məmnunluq reytinqində 8 ildir liderdir

“Apple” şirkəti ardıcıl olaraq 8 ildir ki, Amerika kompyuter istehlakçılarının (ACSİ) məmnunluq reytinqində liderlik edir. Sorğunun nəticələrinə əsasən, Amerika korporasiyası 100-dən 87 bal toplayıb. Ən yaxın rəqibi olan “HP” şirkətini 9 bal qabaqlayıb. Keçən illə müqayisədə “Apple”-ın göstəricisi 1 bal artaraq daha da yaxşılaşıb.
Tarix: 21/09/11 Bakıda yaşıl texnologiyanın tətbiqi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Dünya Gənclər Bankı Şəbəkəsinin (DGBŞ) regional ofisi dekabrın 12-14-də Bakıda yaşıl texnologiyanın tətbiqi ilə bağlı beynəlxalq konfrans və sərgi təşkil etməklə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən müsbət cavab alıb.
Tarix: 21/09/11 5 il sonra insanlar bir-birinə daha az zəng edəcəklər

“Ovum konsaltinq” şirkətinin dərc etdiyi proqnoza əsasən, mobil rabitə operatorlarının səs xidmətlərindən əldə etdikləri gəlir aşağı düşməyə başlayacaq, verilənlərin ötürülməsi xidmətlərindən əldə olunan gəlir isə əksinə,
Tarix: 21/09/11 Kompyuter bazarında müsbət tendensiya qeydə alınıb

Kompyuter bazarında 3 rüb ardıcıl olaraq tələbat azalmasından sonra 2011-ci ilin ikinci rübündə müsbət tendensiya qeydə alınıb. “İHS iSuppli” analitikləri öz tədqiqatında bildiriblər ki, aprel-iyun ayları ərzində 85,6 milyon fərdi kompyuter istehsal olunub,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248