Tarix: 10/06/11 Dünyanın ən hörmətli şirkətləri

Reputation Institute-un (Reputasiya İnstitutu, ABŞ) yeni tədqiqatına əsasən, istehlakçılar bütün dünyada ən etibarlı, hörmətli və nüfuzlu şirkət kimi Google və Apple-ı tanıyıblar. Sorğuda 15 müxtəlif ölkədən 48 min istehlakçı iştirak edib. Onun nəticələrinə əsasən, reytinqin yuxarı hissəsini yüksəktexnologiyalı şirkətlər, həmçinin avtoistehsalçılar tutur.
Tarix: 09/06/11 «Texnologiyaların ötürülməsi» mövzusunda regional seminar keçirilir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təşkil olunub. Seminarın açılışında çıxış edən Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd
Tarix: 09/06/11 Nazir Fazil Məmmədov: “Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidir”

Azərbaycanın vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycan prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına dair müsahibə verib. “APA-ECONOMICS” müsahibəni təqdim edir.
Tarix: 09/06/11 Bakıda "AICT 2011 V" beynəlxalq konfrans keçiriləcək

12-14 oktyabr 2011-ci il tarixlərdə Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş AICT 2011 V Beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Tarix: 09/06/11 Azərbaycanın mobil rabitə operatoru nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırdır

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom MMC texniki baxımdan nömrələrin köçürülməsi xidmətinin tətbiqinə (Mobile Number Portability - MNP) hazırdır. Bu barədə Azercell Telekom-un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxri Abbasov deyib. Abbasovun sözlərinə görə, bu xidmətin tətbiqi üçün hüquqi bazanın olması və operatorların texniki hazırlığı lazımdır. Hazırda şirkət artıq bu istiqamətdə işlər aparır.
Tarix: 09/06/11 Amerikalıların ağlını başından alan qurğu

Galaxy Tab 10.1 planşetinin ABŞ-da çıxışı ərəfəsində “Samsung” şirkəti ABŞ-da planşetlərin məşhurluğu ilə əlaqədar tədqiqat keçirib. Tədqiqatın nəticələrinə görə, amerikalılar belə qurğulardan ağıllarını itiriblər.
Tarix: 09/06/11 İntelin zavodunda partlayış olub

“Phoenix Business Journal” bildirib ki, Arizona ştatında İntel zavodlarından birində partlayış olub və 7 insan yaralanıb, onlardan 4-ü xəstəxanadadır, 3-nə isə elə yerindəcə tibbi yardım göstəriblər.
Tarix: 08/06/11 Artıq 15 rayon 3G-nin əhatə dairəsinə qatılıb
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC 3G şəbəkəsini genişləndirməkdə davam edir. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev bildirib. Fərzəliyevin sözlərinə görə, yay fəslinin gəlməsi ilə əlaqədar olaraq istirahət mərkəzlərində bu xidmətin yüksək səviyyədə tətbiqi diqqət mərkəzindədir.
Tarix: 08/06/11 Yeni ``Nar Dünyası``

Bakı şəhərində (Bakıxanov qəs. Gənclik küç. 27) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış ``Nar Dünyası`` satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib. Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün
Tarix: 08/06/11 “Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları bəlli olub

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında müsabiqənin nominantları seçilib. Təşkilat Komitəsindən verilən xəbərə görə, burada iştirak edən 601 layihədən cəmi 98 layihə müsabiqənin nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar.
Tarix: 08/06/11 Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadaya hazırlaşır

Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan məktəblilərinin bu il Taylandda keçiriləcək İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etməsi üçün hazırlıq işlərinə başlanılıb.
Tarix: 08/06/11 HTC mayda 1,42 milyard dollar qazanıb

Motorola Xoom və Samsung Galaxy Tab iPad kölgəsindən çıxmağa və istehsalçılar smartfon və planşet bazarında möhkəmlənməyə çalışdığı bir vaxtda Tayvanın HTC şirkətinin satış həcmləri artmağa davam edir. Bu gün şirkət 2011-ci il may ayı ərzində satışların 1,42 milyard dollara çatdığını elan edib.
Tarix: 07/06/11 Rəqibləri “Nokia”ya başağrısı olub

Çin şirkəti olan ZTE və hind korporasiyası Micromax ucuz mobil istehsalı “Nokia”nın mobil rabitə bazarındakı liderlik mövqeyini laxladıb. Asiya istehsalçıları fin nəhəngi üçün əsl başağrısı olublar. Onlar tərəfindən buraxılan Android platforması əsasında mobil telefonlar büdcə modelləri seqmentində operatorlar və istehlakçılar arasında daha böyük məşhurluq qazanır.
Tarix: 07/06/11 İbtidai sinif müəllimlərinin İKT bilikləri

Azərbaycanın 9 iqtisadi rayonunun ümumtəhsil məktəblərində 2011-2012-ci illərdə 9670 ibtidai sinif müəllimi üçün 10 günlük təlimlər keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, təlimləri 86 ixtisaslaşdırılmış mərkəzdə 164 təlimçi aparacaq.
Tarix: 07/06/11 “Toshiba” və “Sony” öz səylərini birləşdirir

Dünyada maye kristal displeylərin ən iri 2 istehsalçıları – “Toshiba” və “Sony” smartfon və planşet kompyuterləri üçün nəzərdə tutulmuş kiçik və orta ölçülü LCD panellərinin buraxılışı üzrə öz səylərini birləşdirə bilərlər.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248