Tarix:04/07/11
"İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunub. Həmin məqalədə "İntel" firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim edib. "İntel" firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə, bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırıb. İxtira o qədər əhəmiyyətli idi ki, Hoff XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi.
Demək olar ki, bütün "ağıllı" qurğular kimi, mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi. İnsanların ilk əvvəl mikroprosessoru necə istifadə etdiyini bilmək Hoff üçün olduqca maraqlı idi: ilk tətbiq edilmələrdən biri təcrübi fermalarda inəklərin içdiyi suyun miqdarına nəzarət etmək oldu.
Hoffun hazırladığı mikroprosessorun əsas üstünlüyü onun çoxfunksiyalı olması idi. Qısa haşiyə çıxaraq qeyd edək ki, Ted Hoff 1937-ci il oktyabrın 28-də Nyu-York ştatının Roçestr şəhərində anadan olub. O, Roçestrin sərhədində, Nort-Çili kəndinin yaxınlığında böyümüş və həmin kənddə yerləşən Çervil-Çili orta məktəbində oxumuşdur. O, təhsilini birotaqlı məktəb binasında alıb. Elektrik sahəsinə maraq Tedə "General Railway Signal" kompaniyasında işləyən atasından keçib.
Hoff uşaq vaxtı dayısının 2 rəngsiz mayeni qatışdıraraq qırmızı rəngi alması prosesini gördüyünü xatırlayır. O, orta məktəbdə kimya kurslarına getmədən belə Nyu-York ştatında kimyadan imtahan verib və 95 bal toplayıb. Lakin dayısı ona kimya sahəsində işçi yerlər məhdud olduğunu, buna görə də kimya istehsalını öyrənməyi məsləhət görüb. Lakin Hoff bu ideyanı rədd edib. Bundan başqa dayısı onu "Popular Science" jurnalına yazdırıb ki, bu da ona elektronika ilə məşğul olmağa təkan verib.
1954-cü ildə Hoff Nyu-York ştatının Troya şəhərindəki Renseller politexnik kollecinə daxil oluv. Atasının sayəsində o, hər il yay tətillərində Roçestrdə yerləşən "General Railway Signal" kompaniyasının elektron laboratoriyasında texnik işləyib. Burada o, elektron sxem üzərində məşğul olmağa başlayıb.
Layihələrlə bağlı bir neçə təklif irəli sürüb. Nəticədə həmin təkliflər istifadə edilib və beləcə onun adı patent üçün ərizədə qeyd olunub. Digər layihə dəmiryollarının işıqlandırılmasının müdafiə sxemləri ilə bağlı olub. Buna görə də Hoff patent üçün ərizəçi olmaq şərəfinə layiq görülüb.
1958-ci ildə Hoff Renseller kollecində elektrotexnika üzrə bakalavr dərəcəsini alıb. Onun elmi işi tranzistorlara aid idi. Stenford Universitetinə daxil olandan sonra Hoff elektrotexnika üzrə magistr və doktor dərəcəsinə də yiyələnib. Hoffun Rensellerdəki kollecdən kurs yoldaşları onu bacarıqlı, lakin sadə, təvazökar tələbə kimi xatırlayırlar.
"O, elektrotexnika üzrə çətin məsələləri qısa vaxt ərzində həll etməkdə qeyri-adi bacarığa malik idi" - kurs yoldaşı Harold Hoyt xatırlayır. "Bir dəfə Hoff bütün həftə sonunu çox çətin texniki məsələnin üzərində işləyərək keçirdi. Mən saat 11 radələrində Tedin yanına getdim və məsələni həll edib-etmədiyini soruşdum. "Yox", - deyə o cavab verdi. Hələ yox. Bununla belə sinifdə 2 saatdan sonra o, həmin məsələni həll etdi. Hoff fitri istedada malik idi. Lakin o, təşkilatçı deyildi".
Hoff kolleci bitirdikdən sonra kompyuter haqqında bir qədər məlumata malik idi. Onun kompyuterlərə olan marağı isə Stenfordda təhsil alarkən yaranıb. O, şəkil emalı və surətlərin tanınması problemi ilə məşğul olub. Diplom işini yazarkən Stenford Universitetinin yenicə əldə etdiyi "İBM 1620" kompyuterindən istifadə edib. Bu, ona ilk dəfə proqramlaşdırma ilə məşğul olmağa imkan verib. Hoff daha 6 ilini Stenford Universitetində tədqiqatçı kimi keçirir.
O, elmi rəhbəri Bernard Vidrou ilə birlikdə elektrokimyəvi yaddaş elementləri üzərində işləyir ki, bu da bir neçə patentin alınmasına gətirib çıxardıb. 1968-ci il 1 sentyabrdan isə o, inteqral sxemlərlə məşğul olan yeni yaranmış "İntel" firmasında tətbiqi tədqiqatlar üzrə mühəndis kimi çalışmağa başlayır. Qeyd edək ki, Hoff Robert Noys tərəfindən "İntel" firmasının hazırladığı yarımkeçirici yaddaşın kommersiya istifadəsinin sürətləndirilməsi üçün işə qəbul olunan sayca 20-ci əməkdaş idi.
Ted Hoffun hazırladığı mikroprosessorun tarixi əslində XX əsrin 50-ci illərində başlayır. Həmin illərdə Cek Kilbi və Robert Noys bir-birilə əlaqəsi olmadan ilk inteqral sxemi ixtira etmişdilər. 60-cı illərin ortalarında inteqral sxemlərin seriyalı istehsalı miniatürləşmə (kiçilmə) prosesinin başlanğıcını qoydu. Lakin tranzistorların silisiumun 1 kristalına irimiqyaslı inteqrasiya prosesi o zamanlar hələ yeni yaranırdı.
"İntel" "Busicom" yapon firmasından proqramlaşdırılan kalkulyatorlar nəslinə mikrosxem dəsti hazırlamaq sifarişi aldıqda Ted Hoff mikroprosessorun yaradılması üçün işə başlayıb. "Busicom" kalkulyatorlarının ilkin konstruksiyası ən azı 12 mikrosxemin istifadəsini nəzərdə tuturdu.
"İntel" firmasının daha bir ixtirası Hoffun "4004" mikroprosessorunun inkişafını sürətləndirdi və onun bazarda irəliləməsini yaxşılaşdırdı. Bu, "İntel" firmasının mütəxəssisi Fromen tərəfindən ixtira edilmiş pozula bilən proqramlaşdırılan EPROM daimi yaddaşı idi. Buna qədər isə kompyuterin yaddaşı daimi idi, onu çox böyük çətinliklə dəyişmək olardı. İndi isə EPROM sayəsində yaddaşdan bir funksiyanı silmək və təkrar proqramlaşdırmaq mümkün idi. EPROM-ın ixtirasına qədər yeganə yaddaş növləri enerjidən asılı istehsal zamanı təyin edilən daimi yaddaş və bir dəfə proqramlaşdırılan daimi yaddaş idi.
1974-cü ildə "İntel" firması Hoffun hazırladığı mikroprosessorun tətbiq imkanlarının sərhədsiz olduğunu başa düşdü. Firma tərəfindən istehsal edilən "İntel 8080" mikroprosessoru əvvəlkindən xeyli güclü idi; saniyə ərzində 290 min əməliyyat yerinə yetirirdi. "İntel 8080" sənaye standartı oldu. "İntel" firması isə 8 bitlik bazarı ələ keçirdi.
1974-cü ildə Hoff "İntel" firmasının telekommunikasiya məhsulları ilə əlaqədar fəal işə başladı. 1978-ci ildə o, "İntel" Akademik Şurasının üzvlüyünə qəbul edildi. 1982-ci ilin sonunda alim 14 ildən sonra "İntel" firmasını tərk etdiyini bildirməklə elektronika sənayesini təəccübləndirdi. O hiss edirdi ki, dəyişiklik lazımdır. Ted Hoff Kaliforniyada yerləşən "Atari" firmasının vitse -prezidenti oldu. Lakin 18 aydan sonra 1984-cü ilin iyul ayında kompaniya satılır və Hoff fərdi konsultasiya verir, həmçinin tədqiqatlar ilə məşğul olur. O, artıq laboratoriyaya çevrilmiş qarajında işləməyə başlayır, harada ki, onun sözləri ilə desək, demək olar ki, istədiyi hər şeyi yarada bilərdi.
1983-cü ildə Ted Hoff mikroprosessorun ixtirasına görə Renseller Politexnik Kollecinin "Devis" medalı ilə mükafatlandırılan 3-cü şəxs olur.
1996-cı ildə mikroprosessorun ixtirasının 25 illik yubileyi qeyd olunurdu. Bununla bağlı, "İntel" firması bəyan etdi ki, bundan belə Tomas Edison, Rayt qardaşları və Aleksandr Bellin adları ilə bir cərgədə "İntel" korporasiyasının keçmiş 3 əməkdaşı - doktor Ted Hoff, doktor Federiko Fecin və Sten Meyzorun adları da dayanacaq. Onların adları ABŞ ixtiraçılarının "Milli şərəf" laureatları siyahısına daxil edilmişdir. Bu barədə 1996-cı il 28 iyun tarixində Stenford Universitetində keçirilən press-konfransda elan olunmuşdu.
Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
Kompyuter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması vacib yer tutur. Silisiumdan hazırlanaraq proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olunub."İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunub. Həmin məqalədə "İntel" firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim edib. "İntel" firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə, bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırıb. İxtira o qədər əhəmiyyətli idi ki, Hoff XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi.
Demək olar ki, bütün "ağıllı" qurğular kimi, mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi. İnsanların ilk əvvəl mikroprosessoru necə istifadə etdiyini bilmək Hoff üçün olduqca maraqlı idi: ilk tətbiq edilmələrdən biri təcrübi fermalarda inəklərin içdiyi suyun miqdarına nəzarət etmək oldu.
Hoffun hazırladığı mikroprosessorun əsas üstünlüyü onun çoxfunksiyalı olması idi. Qısa haşiyə çıxaraq qeyd edək ki, Ted Hoff 1937-ci il oktyabrın 28-də Nyu-York ştatının Roçestr şəhərində anadan olub. O, Roçestrin sərhədində, Nort-Çili kəndinin yaxınlığında böyümüş və həmin kənddə yerləşən Çervil-Çili orta məktəbində oxumuşdur. O, təhsilini birotaqlı məktəb binasında alıb. Elektrik sahəsinə maraq Tedə "General Railway Signal" kompaniyasında işləyən atasından keçib.
Hoff uşaq vaxtı dayısının 2 rəngsiz mayeni qatışdıraraq qırmızı rəngi alması prosesini gördüyünü xatırlayır. O, orta məktəbdə kimya kurslarına getmədən belə Nyu-York ştatında kimyadan imtahan verib və 95 bal toplayıb. Lakin dayısı ona kimya sahəsində işçi yerlər məhdud olduğunu, buna görə də kimya istehsalını öyrənməyi məsləhət görüb. Lakin Hoff bu ideyanı rədd edib. Bundan başqa dayısı onu "Popular Science" jurnalına yazdırıb ki, bu da ona elektronika ilə məşğul olmağa təkan verib.
1954-cü ildə Hoff Nyu-York ştatının Troya şəhərindəki Renseller politexnik kollecinə daxil oluv. Atasının sayəsində o, hər il yay tətillərində Roçestrdə yerləşən "General Railway Signal" kompaniyasının elektron laboratoriyasında texnik işləyib. Burada o, elektron sxem üzərində məşğul olmağa başlayıb.
Layihələrlə bağlı bir neçə təklif irəli sürüb. Nəticədə həmin təkliflər istifadə edilib və beləcə onun adı patent üçün ərizədə qeyd olunub. Digər layihə dəmiryollarının işıqlandırılmasının müdafiə sxemləri ilə bağlı olub. Buna görə də Hoff patent üçün ərizəçi olmaq şərəfinə layiq görülüb.
1958-ci ildə Hoff Renseller kollecində elektrotexnika üzrə bakalavr dərəcəsini alıb. Onun elmi işi tranzistorlara aid idi. Stenford Universitetinə daxil olandan sonra Hoff elektrotexnika üzrə magistr və doktor dərəcəsinə də yiyələnib. Hoffun Rensellerdəki kollecdən kurs yoldaşları onu bacarıqlı, lakin sadə, təvazökar tələbə kimi xatırlayırlar.
"O, elektrotexnika üzrə çətin məsələləri qısa vaxt ərzində həll etməkdə qeyri-adi bacarığa malik idi" - kurs yoldaşı Harold Hoyt xatırlayır. "Bir dəfə Hoff bütün həftə sonunu çox çətin texniki məsələnin üzərində işləyərək keçirdi. Mən saat 11 radələrində Tedin yanına getdim və məsələni həll edib-etmədiyini soruşdum. "Yox", - deyə o cavab verdi. Hələ yox. Bununla belə sinifdə 2 saatdan sonra o, həmin məsələni həll etdi. Hoff fitri istedada malik idi. Lakin o, təşkilatçı deyildi".
Hoff kolleci bitirdikdən sonra kompyuter haqqında bir qədər məlumata malik idi. Onun kompyuterlərə olan marağı isə Stenfordda təhsil alarkən yaranıb. O, şəkil emalı və surətlərin tanınması problemi ilə məşğul olub. Diplom işini yazarkən Stenford Universitetinin yenicə əldə etdiyi "İBM 1620" kompyuterindən istifadə edib. Bu, ona ilk dəfə proqramlaşdırma ilə məşğul olmağa imkan verib. Hoff daha 6 ilini Stenford Universitetində tədqiqatçı kimi keçirir.
O, elmi rəhbəri Bernard Vidrou ilə birlikdə elektrokimyəvi yaddaş elementləri üzərində işləyir ki, bu da bir neçə patentin alınmasına gətirib çıxardıb. 1968-ci il 1 sentyabrdan isə o, inteqral sxemlərlə məşğul olan yeni yaranmış "İntel" firmasında tətbiqi tədqiqatlar üzrə mühəndis kimi çalışmağa başlayır. Qeyd edək ki, Hoff Robert Noys tərəfindən "İntel" firmasının hazırladığı yarımkeçirici yaddaşın kommersiya istifadəsinin sürətləndirilməsi üçün işə qəbul olunan sayca 20-ci əməkdaş idi.
Ted Hoffun hazırladığı mikroprosessorun tarixi əslində XX əsrin 50-ci illərində başlayır. Həmin illərdə Cek Kilbi və Robert Noys bir-birilə əlaqəsi olmadan ilk inteqral sxemi ixtira etmişdilər. 60-cı illərin ortalarında inteqral sxemlərin seriyalı istehsalı miniatürləşmə (kiçilmə) prosesinin başlanğıcını qoydu. Lakin tranzistorların silisiumun 1 kristalına irimiqyaslı inteqrasiya prosesi o zamanlar hələ yeni yaranırdı.
"İntel" "Busicom" yapon firmasından proqramlaşdırılan kalkulyatorlar nəslinə mikrosxem dəsti hazırlamaq sifarişi aldıqda Ted Hoff mikroprosessorun yaradılması üçün işə başlayıb. "Busicom" kalkulyatorlarının ilkin konstruksiyası ən azı 12 mikrosxemin istifadəsini nəzərdə tuturdu.
"İntel" firmasının daha bir ixtirası Hoffun "4004" mikroprosessorunun inkişafını sürətləndirdi və onun bazarda irəliləməsini yaxşılaşdırdı. Bu, "İntel" firmasının mütəxəssisi Fromen tərəfindən ixtira edilmiş pozula bilən proqramlaşdırılan EPROM daimi yaddaşı idi. Buna qədər isə kompyuterin yaddaşı daimi idi, onu çox böyük çətinliklə dəyişmək olardı. İndi isə EPROM sayəsində yaddaşdan bir funksiyanı silmək və təkrar proqramlaşdırmaq mümkün idi. EPROM-ın ixtirasına qədər yeganə yaddaş növləri enerjidən asılı istehsal zamanı təyin edilən daimi yaddaş və bir dəfə proqramlaşdırılan daimi yaddaş idi.
1974-cü ildə "İntel" firması Hoffun hazırladığı mikroprosessorun tətbiq imkanlarının sərhədsiz olduğunu başa düşdü. Firma tərəfindən istehsal edilən "İntel 8080" mikroprosessoru əvvəlkindən xeyli güclü idi; saniyə ərzində 290 min əməliyyat yerinə yetirirdi. "İntel 8080" sənaye standartı oldu. "İntel" firması isə 8 bitlik bazarı ələ keçirdi.
1974-cü ildə Hoff "İntel" firmasının telekommunikasiya məhsulları ilə əlaqədar fəal işə başladı. 1978-ci ildə o, "İntel" Akademik Şurasının üzvlüyünə qəbul edildi. 1982-ci ilin sonunda alim 14 ildən sonra "İntel" firmasını tərk etdiyini bildirməklə elektronika sənayesini təəccübləndirdi. O hiss edirdi ki, dəyişiklik lazımdır. Ted Hoff Kaliforniyada yerləşən "Atari" firmasının vitse -prezidenti oldu. Lakin 18 aydan sonra 1984-cü ilin iyul ayında kompaniya satılır və Hoff fərdi konsultasiya verir, həmçinin tədqiqatlar ilə məşğul olur. O, artıq laboratoriyaya çevrilmiş qarajında işləməyə başlayır, harada ki, onun sözləri ilə desək, demək olar ki, istədiyi hər şeyi yarada bilərdi.
1983-cü ildə Ted Hoff mikroprosessorun ixtirasına görə Renseller Politexnik Kollecinin "Devis" medalı ilə mükafatlandırılan 3-cü şəxs olur.
1996-cı ildə mikroprosessorun ixtirasının 25 illik yubileyi qeyd olunurdu. Bununla bağlı, "İntel" firması bəyan etdi ki, bundan belə Tomas Edison, Rayt qardaşları və Aleksandr Bellin adları ilə bir cərgədə "İntel" korporasiyasının keçmiş 3 əməkdaşı - doktor Ted Hoff, doktor Federiko Fecin və Sten Meyzorun adları da dayanacaq. Onların adları ABŞ ixtiraçılarının "Milli şərəf" laureatları siyahısına daxil edilmişdir. Bu barədə 1996-cı il 28 iyun tarixində Stenford Universitetində keçirilən press-konfransda elan olunmuşdu.
Baxış sayı: 3402
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz