Tarix:09/09/11
E.Şmidtin uşaqlığı Bolonya və Blesburqda keçmişdir. 1971-ci ildə Virciniya ştatında yerləşən Yorktaun məktəbini bitirmişdir.
Daha sonra Prinston Universitetində elektrotexnika üzrə bakalavr dərəcəsinə yiyələnən Şmidt magistratura pilləsi üzrə təhsilini 1979-cu ildə Berkli Universitetinin kompyuter şəbəkələri fakültəsində alıb.
1980-ci ildə “Xerox” şirkətinin tədqiqat mərkəzinin İT laboratoriyasında iş fəaliyyətinə başlayıb. 1982-ci ildə kompyuter elmləri sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildən proqram təminatı üzrə menecer (Software Manager) kimi çıxış etmiş və “Sun Microsystems” şirkətində proqram təminatı üzrə strategiyasını müəyyənləşdirmişdir.
Bu şirkətdə baş mühəndis vəzifəsində çalışarkən “Java” proqram dilinin yaradılmasına rəhbərlik edən şəxslərdən olmuşdur. 1997-ci ildə “Sun”dan ayrılaraq “Novell” korporasiyasının Direktorlar Şurasının sədri təyin olunmuşdur.
1996-cı ildən 2006-cı ilədək Şmidt “Siebel Systems“in Direktorlar Şurasının üzvü olmuş, bundan əlavə, müxtəlif vaxtlarda “İntegrated Archive Systems” və “Tition” şirkətlərinin Direktorlar Şurasına daxil olmuşdur.
“APPLE”-ı “GOOGLE”-A HÖRMƏTƏ LAYİQ RƏQİB SAYIR
2001-ci ilin iyul ayından “Google”-ın yaradıcıları Larri Peycin və Sergey Brinanın dəvəti ilə Direktorlar Şurasının sədri və baş icraçı direktor kimi fəaliyyət göstərir.
Erik əsas səylərini şirkətin korporativ infrastrukturunun inkişafına, yüksək artım tempini təmin etməyə və məhsulların keyfiyyətinin artırılmasına yönəltmişdi.
Onun “Google”-a gəlişindən sonra gənc şirkət beynəlxalq korporasiyaya çevrildi. Şmidtin rəhbərliyi altında şirkət təqdim etdiyi məhsulların çeşidini və keyfiyyətini daha da artırdı.
Onun informasiya texnologiyaları sahəsində olan böyük təcrübəsi şirkətin texniki və biznes baxımından inkişafına gətirib çıxardı. Şmidt “Google”-a rəqib olaraq “Microsoft”un “Bing” axtarış sistemini görür.
O, “Apple” şirkətini “Google”-ın “hörmətə layiq rəqibi”, “Facebook”u sosial şəbəkələr arasında yüksək göstəricilər nümayiş etdirən şirkət adlandırır, lakin bunlardan heç birini korporasiyanın əsas rəqibi hesab etmir. 2006-cı ilin avqust ayından etibarən “Apple”-ın Direktorlar Şurasının üzvü olub. 2009-cu ildə bu şirkətdən çıxıb.
Buna səbəb, “Google Chrome Operating System” əməliyyat sistemini təqdim etməklə şirkətlərin brauzer bazarındakı maraqlarının toqquşması olmuşdur.
1,25 MİLYON DOLLAR MƏVACİB ALIR
2011-ci ilin aprel ayından icraçı baş direktor vəzifəsini sirkətin həmtəsisçisi Larri Peyca təhvil verib, Şmidt yalnız “Google”-un Direktorlar Şurasının sədri vəzifəsini icra edir və şirkətin strateji qərarlarının qəbulunda söz sahibi olaraq qalır. Hazırda onun məvacibi 1,25 milyon dollar təşkil edir.
Bundan əlavə, hər il ona əməkhaqqının 4 misli miqdarında mükafat veriləcək. Onu da qeyd edək ki, şirkətin baş icraçı direktoru vəzifəsini də icra edərkən məvacibi 1 dollar olub.
O, təkcə korporasiya rəhbəri kimi deyil, ABŞ-ın elmi sferasında da nüfuzlu şəxslərdən hesab olunur. Hazırda Şmidt ABŞ prezidenti Barak Obamanın Elm və texnologiya üzrə məsləhət şurasının üzvlərindəndir.
Onu da qeyd etmək lazımdır ki, o, 2006-cı ildə Milli Mühəndislər Akademiyasının tərkibinə seçilmiş, 2007-ci ildə isə Amerika Elm və İncəsənət Akademiyasının Elmi Şurasının üzvlüyünə qəbul edilmişdir.
2008-ci ildə isə “New America Foundation” elmi-tədqiqat mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.
MÜTƏMADİ OLARAQ QAÇIŞ YARIŞLARINDA İŞTİRAK EDİR
E.Şmidt “Kann Şirləri” Beynəlxalq Yaradıcılıq Festivalı tərəfindən “İlin media şəxsi” adlandırılıb və iyun ayının 22-də “Palais des Festivals”da mükafatlandırılıb.
Maraqlıdır ki, rəhbərlik etdiyi korporasiyada sürətli inkişafı hədəf seçən Şmidt qaçış yarışlarını çox xoşlayır. Mütəmadi olaraq Kaliforniyada keçirilən “Big Sur İnternational” qaçış marafonunda iştirak edir. Bundan əlavə, təyyarə sürməyi özünün əsas hobbisi hesab edir.
Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
Erik Şmidt 1955-ci il aprelin 27-də ABŞ-ın Vaşinqton ştatında anadan olmuşdur. Atası Uilson Şmidt Virciniya Politexnik İnstitutunun İqtisadiyyat fakültəsinin dekanı olub.E.Şmidtin uşaqlığı Bolonya və Blesburqda keçmişdir. 1971-ci ildə Virciniya ştatında yerləşən Yorktaun məktəbini bitirmişdir.
Daha sonra Prinston Universitetində elektrotexnika üzrə bakalavr dərəcəsinə yiyələnən Şmidt magistratura pilləsi üzrə təhsilini 1979-cu ildə Berkli Universitetinin kompyuter şəbəkələri fakültəsində alıb.
1980-ci ildə “Xerox” şirkətinin tədqiqat mərkəzinin İT laboratoriyasında iş fəaliyyətinə başlayıb. 1982-ci ildə kompyuter elmləri sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildən proqram təminatı üzrə menecer (Software Manager) kimi çıxış etmiş və “Sun Microsystems” şirkətində proqram təminatı üzrə strategiyasını müəyyənləşdirmişdir.
Bu şirkətdə baş mühəndis vəzifəsində çalışarkən “Java” proqram dilinin yaradılmasına rəhbərlik edən şəxslərdən olmuşdur. 1997-ci ildə “Sun”dan ayrılaraq “Novell” korporasiyasının Direktorlar Şurasının sədri təyin olunmuşdur.
1996-cı ildən 2006-cı ilədək Şmidt “Siebel Systems“in Direktorlar Şurasının üzvü olmuş, bundan əlavə, müxtəlif vaxtlarda “İntegrated Archive Systems” və “Tition” şirkətlərinin Direktorlar Şurasına daxil olmuşdur.
“APPLE”-ı “GOOGLE”-A HÖRMƏTƏ LAYİQ RƏQİB SAYIR
2001-ci ilin iyul ayından “Google”-ın yaradıcıları Larri Peycin və Sergey Brinanın dəvəti ilə Direktorlar Şurasının sədri və baş icraçı direktor kimi fəaliyyət göstərir.
Erik əsas səylərini şirkətin korporativ infrastrukturunun inkişafına, yüksək artım tempini təmin etməyə və məhsulların keyfiyyətinin artırılmasına yönəltmişdi.
Onun “Google”-a gəlişindən sonra gənc şirkət beynəlxalq korporasiyaya çevrildi. Şmidtin rəhbərliyi altında şirkət təqdim etdiyi məhsulların çeşidini və keyfiyyətini daha da artırdı.
Onun informasiya texnologiyaları sahəsində olan böyük təcrübəsi şirkətin texniki və biznes baxımından inkişafına gətirib çıxardı. Şmidt “Google”-a rəqib olaraq “Microsoft”un “Bing” axtarış sistemini görür.
O, “Apple” şirkətini “Google”-ın “hörmətə layiq rəqibi”, “Facebook”u sosial şəbəkələr arasında yüksək göstəricilər nümayiş etdirən şirkət adlandırır, lakin bunlardan heç birini korporasiyanın əsas rəqibi hesab etmir. 2006-cı ilin avqust ayından etibarən “Apple”-ın Direktorlar Şurasının üzvü olub. 2009-cu ildə bu şirkətdən çıxıb.
Buna səbəb, “Google Chrome Operating System” əməliyyat sistemini təqdim etməklə şirkətlərin brauzer bazarındakı maraqlarının toqquşması olmuşdur.
1,25 MİLYON DOLLAR MƏVACİB ALIR
2011-ci ilin aprel ayından icraçı baş direktor vəzifəsini sirkətin həmtəsisçisi Larri Peyca təhvil verib, Şmidt yalnız “Google”-un Direktorlar Şurasının sədri vəzifəsini icra edir və şirkətin strateji qərarlarının qəbulunda söz sahibi olaraq qalır. Hazırda onun məvacibi 1,25 milyon dollar təşkil edir.
Bundan əlavə, hər il ona əməkhaqqının 4 misli miqdarında mükafat veriləcək. Onu da qeyd edək ki, şirkətin baş icraçı direktoru vəzifəsini də icra edərkən məvacibi 1 dollar olub.
O, təkcə korporasiya rəhbəri kimi deyil, ABŞ-ın elmi sferasında da nüfuzlu şəxslərdən hesab olunur. Hazırda Şmidt ABŞ prezidenti Barak Obamanın Elm və texnologiya üzrə məsləhət şurasının üzvlərindəndir.
Onu da qeyd etmək lazımdır ki, o, 2006-cı ildə Milli Mühəndislər Akademiyasının tərkibinə seçilmiş, 2007-ci ildə isə Amerika Elm və İncəsənət Akademiyasının Elmi Şurasının üzvlüyünə qəbul edilmişdir.
2008-ci ildə isə “New America Foundation” elmi-tədqiqat mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.
MÜTƏMADİ OLARAQ QAÇIŞ YARIŞLARINDA İŞTİRAK EDİR
E.Şmidt “Kann Şirləri” Beynəlxalq Yaradıcılıq Festivalı tərəfindən “İlin media şəxsi” adlandırılıb və iyun ayının 22-də “Palais des Festivals”da mükafatlandırılıb.
Maraqlıdır ki, rəhbərlik etdiyi korporasiyada sürətli inkişafı hədəf seçən Şmidt qaçış yarışlarını çox xoşlayır. Mütəmadi olaraq Kaliforniyada keçirilən “Big Sur İnternational” qaçış marafonunda iştirak edir. Bundan əlavə, təyyarə sürməyi özünün əsas hobbisi hesab edir.
Baxış sayı: 3230
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz