12px13px15px17px
Tarix:05/07/11

Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını

Ada Bayron – O, tarixə adını "ilk proqramçı" kimi yazdırıb. O, uşaqlıqdan riyaziyyatla həvəslə məşğul olub. Onun müəllimi məşhur ingilis riyaziyyatçısı və məntiqçisi Avqust de Morqan olub. Anabella Milbankın dostları sırasına görkəmli ingilis alimi və ixtiraçısı Çarlz Bebbic də daxil idi. Gənc Ada onların emalatxanasına gedir və Çarlz Bebbic hesablama maşınları üzərindəki işləri ilə tanış olurdu. Çarlz Bebbic bu qızı səmimi qəlbdən sevib. Ola bilsin ki, bu istəkdə Adanın Çarlz Bebbicin gənc rəhmətə getmiş qızı ilə yaşıd olmağı da mühüm rol oynamışdır. Bebbic Adanın elmi işlərinə nəzarət edir, ona kitab və məqalələr göndərir və onu öz elmi işləri ilə tanış edirdi. Avqust Adanın ailə həyatı uğurlu olub. O, 1835-ci ilin iyul ayında 18-ci Kinq Lordu, nəticədə birinci qraf Lavleys olan Uilyama ərə getmişdir. 29 yaşlı Ser Uilyam sakit, təmkinli və mehriban insan idi. O, həyat yoldaşının elmi işlərinə anlayışla yanaşırdı və bacardığı qədər ona kömək edirdi. Ada Bebbicə olan məktublardan birində tam aydınlıqla xarakterizə etmişdir: "Mənim beynim sadə ölümcül substansiyadan artıqdır; mən əminəm ki, zaman bunu göstərəcək. Heç 10 il keçməyəcək ki, mən dünya müəmmalarının həyat qanından müəyyən qədər dadacam, hansı ki bunu sadə ölümcül dodaq və ağıl edə bilməzdi. Heç kəs mənim kiçik varlığımın necə dəhşətli dərəcədə güclü olduğunu və nəyə qadir olduğunu bilmir. Mən "dəhşətli" dedim, siz bunun bəzi vəziyyətlərdə nə demək olduğunu təsəvvür edə bilərsiniz. Qraf L. bəzən deyir: "Siz necə də yaxşı general ola bilərdiniz". Zamanla məni ictimai və qayğılarda təsəvvür edin (mən həmişə dünya hakimiyyətinə, gücə və şöhrətə malik olmağı arzu edirdim - bu arzu heç vaxt həyata keçməyəcəkdir ...). Mənim məqsəd və şöhrətpərəstliyim daxili dünyamla bağlıdır. Mən qılınc, zəhər və intriqalarla iş görməyə hazırlaşmıram". Hərbi mühəndis L.F.Menabreanın "Çarlz Bebbic tərəfindən ixtira edilən analitik maşın oçerki" məqaləsi Adanı çox maraqlandırdı və o, həmin məqaləni ingilis dilinə tərcümə etdi. Belə olan halda Bebbic ona tərcüməyə bəzi qeydlər əlavə etməyi təklif etdi. Bu ideya dərhal qəbul edildi. Menebreanın məqaləsinin tərcüməsi 20 səhifə tutur, Ada Lavleysin qeydləri isə 2 yarım dəfə artıq, 50 səhifə. Təkcə bu müqayisə onu göstərir ki, A.A.Lavleys heç də sadə şərhçi rolu ilə kifayətlənməmişdi. Bununla belə, Menebreanın məqaləsi daha çox işin texniki hissəsinə aid olduğu halda, Ada Lavleysin qeydləri isə riyazi idi. İlk düzəlişlər olduqdan sonra o, Bebbicə yazır: "Mən qeydlərimdən birinə Bernulli rəqəmləri haqqında nümunə olaraq əlavə etmək istəyirəm ki, necə qeyri-müəyyən funksiya insan müdaxiləsindən əvvəl maşın tərəfindən hesablanır. Sadəcə, mənə lazımi məlumat və düsturları göndərin". Bebbic onun xahişi üzrə bütün lazımi məlumatları göndərdi və Adanı çətinliklərdən azad etmək üçün özü bu rəqəmlərin tapılması üçün alqoritmi tərtib etdi. Lakin alqoritmin tərtibində çox kobud səhv etmişdi və Ada dərhal onu aşkar etdi. O, Bernulli rəqəmlərinin hesablanması üçün müstəqil olaraq proqram yazdı. Bu proqram ölçüsünə, mürəkkəbliyinə və məsələlərin riyazi tərtibinə görə heç bir elementar nümunə ilə müqayisə oluna bilməyəcək dərəcədə xüsusi maraq kəsb edir. Müasir riyaziyyatçılar kimi Ada Lavleys də kompyuter proqramlaşdırmasını ilk əvvəl məsələnin qoyulmasından başlayır, sonra proqramlaşdırma üçün əlverişli hesablama metodu seçir və yalnız bundan sonra proqramın tərtibinə başlayır. Bu proqram Bebbicdə heyrət doğurdu və o, onun müəllifini ağızdolusu tərifləyirdilər. Dəstək və xoş sözlər Adanın özünə inamını artırdı və ona iş üçün güc verdi. Uğurlar ona böyük gərginlik və sağlamlığı bahasına gəlirdi. Bu barədə o, Bebbicə olan məktublarında dəfələrlə şikayətlənir. Ada Lavleys istəyirdi ki, arzu etdiyi bu və ya sonrakı işlər onun adı ilə bağlı olsun. Buna görə də Ada hər qeydin altında öz inisiallarını qoymağa qərar verir. Ada Lavleysin "qeydləri" onun ideya və prinsiplərinə əsaslanan müasir proqramlaşdırmanın əsasını qoydu. Proqramlaşdırmanın ən əhəmiyyətli anlayışlarından biri dövr anlayışıdır. Ada dövrün mənasını tamamilə dərk etmişdi - dövrü hesablama metodlarından istifadə hesablayıcı maşınlardan istifadəni yüngülləşdirən ən sadə və ən effektiv metodlardan biridir. Buna görə də o, öz işində dövrlərə çox diqqət ayırırdı. Dövr anlayışını belə vermişdi: "Dövr əməliyyatı 1 dəfədən artıq təkrarlanan istənilən əməliyyatlar qrupuna deyilir". Proqramda dövrün təşkili onun həcmini əhəmiyyətli dərəcədə azaldır. Belə ixtisarsız analitik maşının praktiki istifadəsi qeyri-real olardı, çünki o, perfokartlarla işləyirdi. Hər şeydən əvvəl, artıq o zaman Ada Lavleys özünə universal hesablayıcı maşının imkanlarının nəhəng "spektr genişliyi" haqqında tam hesabat verirdi. Bununla belə, o, bu imkanların sərhədlərini çox aydın təsəvvür edirdi: "Analitik maşın imkanlarının şişirdilməsinin qarşısını almaq arzu olunandır. Bu maşın, həqiqətən yeni nə isə yaratmağa iddia etmir. Maşın bizim ona verdiyimiz əmrləri yerinə yetirir. O, analizi izləyə bilər, lakin o, hər hansı analitik münasibətləri və ya həqiqətləri əvvəlcədən tapa bilməz. Maşının funksiyası bizə artıq tanış olduğumuzu əldə etməkdən ibarətdir". 1843-cü ildə bu fikirləri bildirən zaman Ada, əlbəttə ki, 120 ildən sonra proqramlaşdırmanın necə inkişaf edəcəyini və hansı forma alacağını görə bilməzdi. İlk və yeganə işində Ada Lavleys müasir proqramlaşdırma üçün aktual olan çoxlu sayda sualları nəzərdən keçirmişdir. Bir az sonra Bebbic Lavleyslər ilə birlikdə at yarışlarında uduşlu pul sisteminin hazırlanması və praktiki yoxlanmasına başladılar. Bu yolla o, hesablama maşını üzərindəki işin davam etdirilməsi üçün vəsait qazanmaq istəyirdi. "Sistem" ümidləri doğrultmadı, kifayət qədər böyük məbləğ uduzduqdan sonra Bebbic və qraf Lavleys "sistemin" təkmilləşdirilməsindən imtina etdilər. Lakin coşqun və inadkar ledi Ada oyuna davam edirdi. O, bu riskli oyuna bütün öz şəxsi vəsaitini xərcləmişdi, özü də onun həyat yoldaşı bundan xəbərsiz idi. Bundan başqa, ledi Ada dələduz bir qrup tərəfindən şantaj edilirdi. 50-ci illərin əvvəllərində Ada ağır xəstəliyə düçar oldu. 1852-ci ilin yayında o, artıq yorğan-döşəkdən qalxa bilmirdi, 1852-ci il 27 noyabrda isə Avqusta Ada Lavleys atası ilə eyni yaşda dünyasını dəyişir. Vəsiyyətinə əsasən, o, Bayronlar ailəsinin Nottinqemşirdəki ailə qəbiristanlığında dəfn edilir.



Baxış sayı: 4502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024