Tarix:13/03/12
“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilən paneldə çıxış edən AAA-nın təsisçisi Anar Məmmədov qurultay iştirakçılarına müasir informasiya texnologiyalarının tətbiqinin önəmliliyini qeyd edib və təsis qurultayının əhəmiyyətini vurğulayıb: “Bu gün Azərbaycan həqiqətlərini, vətənimizin problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq bizim hamımızın borcudur. Zəmanə dəyişir, texnologiyalar inkişaf edir, yeni kommunikasiya kanalları yaranır və biz ölkəmizin təbliğatı zamanı yeni təbliğat üsullarından və texnologiyalarından istifadə etməliyik”.
“2 həftə öncə Xocalı soyqırımının 20 illiyi münasibətilə Azərbaycan-Amerika Alyansı olaraq bizdə ABŞ-da həyata keçirdiyimiz geniş təbliğat kampaniyası zamanı yeni kommunikasiya kanallarından geniş istifadə etdik. “Pop-up”lar, küçə reklamları yerləşdirdik, sosial şəbəkələrdən geniş istifadə etdik.
Biz daha kreativ üsullardan istifadə etməklə daha çox kütləyə çıxa bilərik. Mən əminəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün azərbaycanlı gənclərin bu yöndə səylərini birləşdirəcək” - deyə alyansın təsisçisi Anar Məmmədov bildirib.
Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.
Anar Məmmədov: “Vətənimizin təbliğində yeni texnologiyalardan istifadə etməliyik”
"Gülüstan" sarayında keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələri, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edib. Təşkilatlar sırasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansını (AAA) təsisçi Anar Məmmədov təmsil edib. Qurultay 3 panel üzrə müzakirələr formatında keçirilib.“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilən paneldə çıxış edən AAA-nın təsisçisi Anar Məmmədov qurultay iştirakçılarına müasir informasiya texnologiyalarının tətbiqinin önəmliliyini qeyd edib və təsis qurultayının əhəmiyyətini vurğulayıb: “Bu gün Azərbaycan həqiqətlərini, vətənimizin problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq bizim hamımızın borcudur. Zəmanə dəyişir, texnologiyalar inkişaf edir, yeni kommunikasiya kanalları yaranır və biz ölkəmizin təbliğatı zamanı yeni təbliğat üsullarından və texnologiyalarından istifadə etməliyik”.
“2 həftə öncə Xocalı soyqırımının 20 illiyi münasibətilə Azərbaycan-Amerika Alyansı olaraq bizdə ABŞ-da həyata keçirdiyimiz geniş təbliğat kampaniyası zamanı yeni kommunikasiya kanallarından geniş istifadə etdik. “Pop-up”lar, küçə reklamları yerləşdirdik, sosial şəbəkələrdən geniş istifadə etdik.
Biz daha kreativ üsullardan istifadə etməklə daha çox kütləyə çıxa bilərik. Mən əminəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün azərbaycanlı gənclərin bu yöndə səylərini birləşdirəcək” - deyə alyansın təsisçisi Anar Məmmədov bildirib.
Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.
Baxış sayı: 1395
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək