Tarix:29/03/12
Təmsil etdiyi şirkətin 2007-ci ildən Azərbaycanla əlaqə qurduğunu və müəyyən layihələr həyata keçirdiyini vurğulayan A.Kosbuk deyib ki, "SİVECO" şirkəti Şərqi Avropanın ən böyük proqram təminatçılarından biridir: «Bizim ölkə səviyyəsində proqram təminatı hazırlamaq təcrübəmiz var və öz proqramlarımızı Rumıniyanın İnformasiya Kommunikasiya və Texnologiyaları Nazirliyinə təqdim etmişik.
Onların arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrini əhatə edən proqram təminatları var».
Azərbaycanla Rumıniya arasında münasibətləri daha da genişləndirməyə çalışdıqlarını vurğulayan qonaq deyib ki, bəzi sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri mümkündür: «Bunlardan biri də «Biliyə əsaslanan iqtisadiyyat» konsepsiyasıdır. Bu, elə bir proqramdır ki, dövlət qurumları arasında əlaqə yaradır, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər və Səhiyyə nazirliklərini bir araya gətirir».
Nazir müavini Elmir Vəlizadə bildirib ki, Rumıniya ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. O, hazırda Rumıniyanın digər bir şirkəti – "MTİ"-la danışıqlar aparıldığını deyib: «İki şirkətlə fikir mübadiləsi aparıla bilər. "SİVECO"-nun Azərbaycanda müəyyən bir təcrübəsi var. Buna müsbət təcrübə kimi baxıla bilər. Azərbaycana müasir texnologiyaların cəlb edilməsi bizim üçün çox önəmlidir. Bu istiqamətdə də «açıq qapı» siyasəti həyata keçirilir.
Yəni yeni texnologiyaların Azərbaycana gətirilməsi üçün bizə dost olan ölkələrlə əməkdaşlığa hazırıq. Rumıniyanın da Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan sizinlə əməkdaşlıq etmək bizim üçün maraqlı olar. Azərbaycan şirkətləri ilə əməkdaşlığın yaradılması, onlarla təcrübə mübadiləsinin aparılması məqsədəuyğundur».
Məlumat üçün bildirək ki, "SİVECO" şirkəti regionun ən böyük koordinatorudur. Hazırda şirkətdə 1200 işçi çalışır. "SİVECO" Avropa Komissiyası ilə birgə layihələr həyata keçirir. Bu günə qədər 100-dən çox mükafat alıb. Şirkətin neft, qaz və nüvə sahəsində yaratdıqları proqram təminatı ilə tanınır.
Seymur QASIMBƏYLİ
“SİVECO” şirkətinin nümayəndələri RİTN-də olub
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir müavini Elmir Vəlizadə ilə Rumıniyanın iri proqram təminatçısı hesab edilən "SİVECO" şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə adıçəkilən şirkətin vitse-prezidentinin müavini Aleksandr Kosbuk bildirib ki, Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində çox böyük işlər görülüb və bu da vətəndaşların gündəlik həyatlarına müsbət təsir göstərəcək.Təmsil etdiyi şirkətin 2007-ci ildən Azərbaycanla əlaqə qurduğunu və müəyyən layihələr həyata keçirdiyini vurğulayan A.Kosbuk deyib ki, "SİVECO" şirkəti Şərqi Avropanın ən böyük proqram təminatçılarından biridir: «Bizim ölkə səviyyəsində proqram təminatı hazırlamaq təcrübəmiz var və öz proqramlarımızı Rumıniyanın İnformasiya Kommunikasiya və Texnologiyaları Nazirliyinə təqdim etmişik.
Onların arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrini əhatə edən proqram təminatları var».
Azərbaycanla Rumıniya arasında münasibətləri daha da genişləndirməyə çalışdıqlarını vurğulayan qonaq deyib ki, bəzi sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri mümkündür: «Bunlardan biri də «Biliyə əsaslanan iqtisadiyyat» konsepsiyasıdır. Bu, elə bir proqramdır ki, dövlət qurumları arasında əlaqə yaradır, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər və Səhiyyə nazirliklərini bir araya gətirir».
Nazir müavini Elmir Vəlizadə bildirib ki, Rumıniya ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. O, hazırda Rumıniyanın digər bir şirkəti – "MTİ"-la danışıqlar aparıldığını deyib: «İki şirkətlə fikir mübadiləsi aparıla bilər. "SİVECO"-nun Azərbaycanda müəyyən bir təcrübəsi var. Buna müsbət təcrübə kimi baxıla bilər. Azərbaycana müasir texnologiyaların cəlb edilməsi bizim üçün çox önəmlidir. Bu istiqamətdə də «açıq qapı» siyasəti həyata keçirilir.
Yəni yeni texnologiyaların Azərbaycana gətirilməsi üçün bizə dost olan ölkələrlə əməkdaşlığa hazırıq. Rumıniyanın da Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan sizinlə əməkdaşlıq etmək bizim üçün maraqlı olar. Azərbaycan şirkətləri ilə əməkdaşlığın yaradılması, onlarla təcrübə mübadiləsinin aparılması məqsədəuyğundur».
Məlumat üçün bildirək ki, "SİVECO" şirkəti regionun ən böyük koordinatorudur. Hazırda şirkətdə 1200 işçi çalışır. "SİVECO" Avropa Komissiyası ilə birgə layihələr həyata keçirir. Bu günə qədər 100-dən çox mükafat alıb. Şirkətin neft, qaz və nüvə sahəsində yaratdıqları proqram təminatı ilə tanınır.
Seymur QASIMBƏYLİ
Baxış sayı: 1874
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək