Tarix:09/04/12
İclasda tədbir zamanı tamaşaçıların "Baku Crystal Hall" kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi üçün görülən işlərin gedişatı barədə məlumat verilmişdir. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda 30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadəsi üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Bundan başqa, "Eurovision 2012" müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də, müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunmuşdur.
Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olmuşdur.
Sonda nazir RİTN-də yaradılmış İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi, müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
RİTN-də “Eurovision” la bağlı kollegiya iclası keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilmişdir.İclasda tədbir zamanı tamaşaçıların "Baku Crystal Hall" kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi üçün görülən işlərin gedişatı barədə məlumat verilmişdir. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda 30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadəsi üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Bundan başqa, "Eurovision 2012" müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də, müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunmuşdur.
Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olmuşdur.
Sonda nazir RİTN-də yaradılmış İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi, müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Baxış sayı: 1960
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək