Tarix:17/05/12
Texnologiyalardan yanlış istifadə yanlış nəticələrə yol açdığından təbliğat işlərinin düzgün istiqamətlənməsi başlıca məsələdir. Azərbaycanda da İKT-dən, onun yaratdığı geniş imkanlardan daha səmərəli şəkildə faydalanmaq üçün maarifləndirmə işləri aparılır. Bu sahədə ölkədə elektron xidmətlərin təşkili ilə bağlı verilən qərar və sərəncamlar, aparılan tədbirlər günün mövzusu ilə birbaşa səslənir.
Qadın və qızlarımız bu xidmətlərdən nə qədər geniş istifadə edərlərsə, o qədər də öz hüquqlarını daha çox tələb edə bilərlər. Bu ildən hər bir kəndə optik xətlərin çəkilməsi, kəndlərin yüksəksürətli internetlə təmin olunması qərara alınıb ki, bu da hər bir ölkə vətəndaşının elektron xidmətlərdən istifadəsini daha da genişləndirəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova da son 10 ildə ölkədə İKT sahəsində ciddi uğurların əldə olunduğunu vurğulayıb: "Bu gün kommunikasiyalardan istifadə yolu ilə dünya kiçilir. Hər bir evdar qadın evdə oturmaqla dünyanın istənilən məkanı ilə əlaqə saxlamaq imkanlarına malikdir. Amma onlar üçün bu şəraiti yaratmaq lazımdır.
Zorakılığa məruz qalan qadınlarımız texnologiyalardan istifadə edib, istənilən quruma yardım üçün müraciət edə bilərlər. Hazırda komitə Sabirabadda Qadın Resurs Mərkəzinin yaradılması ilə bağlı layihə həyata keçirir.
Bu layihə çərçivəsində qadınların maarifləndirilməsi nəzərdə tutulur. İKT sahəsinin qadın və qızlarımız üçün nə qədər önəmli olmasını gündəmə gətirməliyik. Kəndlərdə yaşayan xanımlarımız İKT-dən istifadə etməklə daha çox inkişaf edə bilərlər".
Daha sonra müxtəlif təqdimatlarla davam edən tədbir adları AQUPDK tərəfindən RİTN-ə təqdim edilən 8 qadının, eləcə də ali məktəb tələbələri arasında informatika üzrə olimpiada qaliblərinin mükafatlandırılması ilə başa çatıb.
Həqiqət İSABALAYEVA
Azərbaycanda da Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ənənəvi olaraq 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbir keçirilib. Bu tarixin 2006-cı ildən başlayaraq hər il qeyd olunduğunu deyən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov növbəti tədbirin "İKT-də qadınlar və qızlar" mövzusuna həsr edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib: "Bu mövzu dünyada qadın və qızların İKT-dən istifadəsinə şərait yaratmaq, gender bərabərsizliyinin aradan qaldırılması məqsədi daşıyır.Texnologiyalardan yanlış istifadə yanlış nəticələrə yol açdığından təbliğat işlərinin düzgün istiqamətlənməsi başlıca məsələdir. Azərbaycanda da İKT-dən, onun yaratdığı geniş imkanlardan daha səmərəli şəkildə faydalanmaq üçün maarifləndirmə işləri aparılır. Bu sahədə ölkədə elektron xidmətlərin təşkili ilə bağlı verilən qərar və sərəncamlar, aparılan tədbirlər günün mövzusu ilə birbaşa səslənir.
Qadın və qızlarımız bu xidmətlərdən nə qədər geniş istifadə edərlərsə, o qədər də öz hüquqlarını daha çox tələb edə bilərlər. Bu ildən hər bir kəndə optik xətlərin çəkilməsi, kəndlərin yüksəksürətli internetlə təmin olunması qərara alınıb ki, bu da hər bir ölkə vətəndaşının elektron xidmətlərdən istifadəsini daha da genişləndirəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova da son 10 ildə ölkədə İKT sahəsində ciddi uğurların əldə olunduğunu vurğulayıb: "Bu gün kommunikasiyalardan istifadə yolu ilə dünya kiçilir. Hər bir evdar qadın evdə oturmaqla dünyanın istənilən məkanı ilə əlaqə saxlamaq imkanlarına malikdir. Amma onlar üçün bu şəraiti yaratmaq lazımdır.
Zorakılığa məruz qalan qadınlarımız texnologiyalardan istifadə edib, istənilən quruma yardım üçün müraciət edə bilərlər. Hazırda komitə Sabirabadda Qadın Resurs Mərkəzinin yaradılması ilə bağlı layihə həyata keçirir.
Bu layihə çərçivəsində qadınların maarifləndirilməsi nəzərdə tutulur. İKT sahəsinin qadın və qızlarımız üçün nə qədər önəmli olmasını gündəmə gətirməliyik. Kəndlərdə yaşayan xanımlarımız İKT-dən istifadə etməklə daha çox inkişaf edə bilərlər".
Daha sonra müxtəlif təqdimatlarla davam edən tədbir adları AQUPDK tərəfindən RİTN-ə təqdim edilən 8 qadının, eləcə də ali məktəb tələbələri arasında informatika üzrə olimpiada qaliblərinin mükafatlandırılması ilə başa çatıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1366
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək