Tarix:12/06/12
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Türkiyə həm də strateji tərəfdaşdır. İ.Məmmədov bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.
Türkiyənin İT sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə xarici ölkə təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. "Netaş" şirkətinin Azərbaycanda rabitə sisteminin inkişafında özünəməxsus yeri olduğunu bildirən İltimas Məmmədov hələ 20 il öncə şirkətin Azərbaycanda ilk rəqəmsal avadanlıqlar, stansiyalar qurduğunu xatırladıb.
Artıq ölkəmizdə ən müasir yeni nəsil şəbəkə avadanlıqlarının tətbiq edildiyini söyləyən İ.Məmmədov bütün sahələr kimi, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirərək bu inkişafda "Netaş"ın yaxından iştirak edərək "Elektron hökumət" layihəsində öz töhfələrini verməsində heç bir problemin olmadığını söylədi. Eyni zamanda İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində uzun müddət sonra Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən "Netaş" şirkətinin prezidenti Müjdet Altay bu müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladığını bildirib. 20 il əvvəl Azərbaycanda ilk rəqəmsal avadanlıqları qurmaqla burada ilk addımların atıldığını qeyd edən M.Altay yenidən əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduğunu vurğulayıb. O, fasilədən sonra ilk xarici ölkə kimi yenidən Azərbaycana gəldiklərini bildirib.
İKT sektorunda həyata keçirilən işlərlə tanış olduqlarını bildirən qonaq sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi qeyd edib. Azərbaycanda dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan edib. Sonra "Netaş" şirkətinin vitse-prezidenti Ali Kuralkan qısa zaman kəsiyində şirkətlərinin əldə etdiyi nailiyyətlərdən danışıb və Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.
Sonda tərəflər arasında yaxın vaxtlarda "Netaş" şirkətinin və Azərbaycanın dövlət rabitə operatorlarının nümayəndələrinin iştirakı ilə geniştərkibli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
RƏVAN
RİTN-də Türkiyənin “Netaş” şirkəti ilə əməkdaşlıq müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin "Netaş" şirkətinin rəhbərləri ilə görüş keçirilib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində (İKT) həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Türkiyə həm də strateji tərəfdaşdır. İ.Məmmədov bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.
Türkiyənin İT sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə xarici ölkə təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. "Netaş" şirkətinin Azərbaycanda rabitə sisteminin inkişafında özünəməxsus yeri olduğunu bildirən İltimas Məmmədov hələ 20 il öncə şirkətin Azərbaycanda ilk rəqəmsal avadanlıqlar, stansiyalar qurduğunu xatırladıb.
Artıq ölkəmizdə ən müasir yeni nəsil şəbəkə avadanlıqlarının tətbiq edildiyini söyləyən İ.Məmmədov bütün sahələr kimi, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirərək bu inkişafda "Netaş"ın yaxından iştirak edərək "Elektron hökumət" layihəsində öz töhfələrini verməsində heç bir problemin olmadığını söylədi. Eyni zamanda İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində uzun müddət sonra Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən "Netaş" şirkətinin prezidenti Müjdet Altay bu müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladığını bildirib. 20 il əvvəl Azərbaycanda ilk rəqəmsal avadanlıqları qurmaqla burada ilk addımların atıldığını qeyd edən M.Altay yenidən əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduğunu vurğulayıb. O, fasilədən sonra ilk xarici ölkə kimi yenidən Azərbaycana gəldiklərini bildirib.
İKT sektorunda həyata keçirilən işlərlə tanış olduqlarını bildirən qonaq sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi qeyd edib. Azərbaycanda dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan edib. Sonra "Netaş" şirkətinin vitse-prezidenti Ali Kuralkan qısa zaman kəsiyində şirkətlərinin əldə etdiyi nailiyyətlərdən danışıb və Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.
Sonda tərəflər arasında yaxın vaxtlarda "Netaş" şirkətinin və Azərbaycanın dövlət rabitə operatorlarının nümayəndələrinin iştirakı ilə geniştərkibli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
RƏVAN
Baxış sayı: 1620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək