Tarix:13/06/12
Toplantını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Elektron hökumət"in formalaşdırılması üzrə aparılan işlərdən danışaraq Prezident İlham Əliyev cənabları tərəfindən 23.05.2011-ci il tarixində imzalanmış Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində işlərin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.
Nazir müavini "Elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Toplantıda RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov çıxış edərək həyata keçirilən işlər barədə geniş məlumat veriblər. Çıxış edənlər Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 7 iyun 2011-ci il Sərəncamı ilə müəyyənləşdirilmiş tədbirlər və bu tədbirlərin icrası barədə danışıblar. Hazırda "Elektron hökumət" portalına qoşulan dövlət qurumlarının sayı 26-ya çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi, Diasporlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi, Sənaye və Energetika Nazirliyi, TQDK, və Xarici İşlər Nazirliyinə portala qoşulma və elektron xidmətlərin göstərilməsi ilə bağlı işlərin sürətləndirilməsi tövsiyə olunmuşdur.
Nazir müavini İ.Məmmədov toplantıya yekun vuraraq həyata keçirilən layihənin əhəmiyyətini bir daha vurğulayıb və qaldırılan məsələlərin həllinin vacibliyini qeyd edib, bu istiqamətdə RİTN tərəfindən qurumlara hər cür köməkliyin göstəriləcəyini bildirib.
RƏVAN
RİTN-də “Elektron hökumət”lə bağlı növbəti toplantı keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 1-ci rübünün sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron xidmətlərin göstərilməsinə dair tapşırıqların və "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı toplantı keçirilib. Toplantıda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının nümayəndələri də iştirak edib.Toplantını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Elektron hökumət"in formalaşdırılması üzrə aparılan işlərdən danışaraq Prezident İlham Əliyev cənabları tərəfindən 23.05.2011-ci il tarixində imzalanmış Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində işlərin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.
Nazir müavini "Elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Toplantıda RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov çıxış edərək həyata keçirilən işlər barədə geniş məlumat veriblər. Çıxış edənlər Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 7 iyun 2011-ci il Sərəncamı ilə müəyyənləşdirilmiş tədbirlər və bu tədbirlərin icrası barədə danışıblar. Hazırda "Elektron hökumət" portalına qoşulan dövlət qurumlarının sayı 26-ya çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi, Diasporlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi, Sənaye və Energetika Nazirliyi, TQDK, və Xarici İşlər Nazirliyinə portala qoşulma və elektron xidmətlərin göstərilməsi ilə bağlı işlərin sürətləndirilməsi tövsiyə olunmuşdur.
Nazir müavini İ.Məmmədov toplantıya yekun vuraraq həyata keçirilən layihənin əhəmiyyətini bir daha vurğulayıb və qaldırılan məsələlərin həllinin vacibliyini qeyd edib, bu istiqamətdə RİTN tərəfindən qurumlara hər cür köməkliyin göstəriləcəyini bildirib.
RƏVAN
Baxış sayı: 1611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək