Tarix:28/06/12
Görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanmış, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə həyata keçirilən geniş islahatlar və İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonağı məlumatlandırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən portuqaliyalı nazir Paulo Portas İKT sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyini qeyd etmişdir. O bildirmişdir ki, səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT şirkətlərinin Portuqaliya vasitəsi ilə Avropa, Afrika və Braziliya kimi böyük bazarlara, Portuqaliyanın isə Azərbaycan vasitəsi ilə MDB və Yaxın Şərq bazarlarına çıxış əldə etmək imkanı mövcuddur.
Hazırda Azərbaycanın İKT şirkətlərinin xarici bazarlara çıxması və investisiya qoyması istiqamətində kompleks işlərin görüldüyünü vurğulayan nazir Əli Abbasov şirkətlərimizin Portuqaliya bazarlarında da iştirak etmək niyyətində olduğunu bildirmişdir.
Nazir ölkədə həyata keçirilən "Elektron hökumət" layihəsi çərçivəsində görülən işlər haqda geniş məlumat verərək, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət Agentliyinin yaradıldığını və elektron xidmətlərin sayının artırılması məqsədilə xarici şirkətlərlə yeni müqavilələrin bağlanması istiqamətində məqsədyönlü işlərin görüldüyünu qeyd etmişdir.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın İKT şirkətləri Portuqaliya vasitəsi ilə Avropa və Afrika bazarlarına çıxış əldə edəcək
Portuqaliya Respublikasının dövlət və xarici işlər naziri Paulo Portas Azərbaycana rəsmi səfəri çərçivəsində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.Görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanmış, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə həyata keçirilən geniş islahatlar və İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonağı məlumatlandırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən portuqaliyalı nazir Paulo Portas İKT sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyini qeyd etmişdir. O bildirmişdir ki, səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT şirkətlərinin Portuqaliya vasitəsi ilə Avropa, Afrika və Braziliya kimi böyük bazarlara, Portuqaliyanın isə Azərbaycan vasitəsi ilə MDB və Yaxın Şərq bazarlarına çıxış əldə etmək imkanı mövcuddur.
Hazırda Azərbaycanın İKT şirkətlərinin xarici bazarlara çıxması və investisiya qoyması istiqamətində kompleks işlərin görüldüyünü vurğulayan nazir Əli Abbasov şirkətlərimizin Portuqaliya bazarlarında da iştirak etmək niyyətində olduğunu bildirmişdir.
Nazir ölkədə həyata keçirilən "Elektron hökumət" layihəsi çərçivəsində görülən işlər haqda geniş məlumat verərək, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət Agentliyinin yaradıldığını və elektron xidmətlərin sayının artırılması məqsədilə xarici şirkətlərlə yeni müqavilələrin bağlanması istiqamətində məqsədyönlü işlərin görüldüyünu qeyd etmişdir.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılmışdır.
Baxış sayı: 1282
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək