12px13px15px17px
Tarix:20/09/12

Nazir “Rabitə” İdman Klubunun olimpiya iştirakçıları ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rabitə" İdman Klubunda olimpiya iştirakçıları  ilə görüşüb. Nazir Əli Abbasov  ölkə başçısı,  Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində respublikamızda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə edildiyini, bu uğurlarda "Rabitə" İdman Klubunun üzvlərinin  də əməyini təqdirəlayiq hal kimi qiymətləndirib.

Nazir rabitəçi idmançıların bir sıra beynəlxalq idman tədbirlərində respublikanı layiqincə təmsil etməsini və idmanın müxtəlif sahələrindəki uğurlarını sahəyə göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirdi. Nazir  bildirib ki, "Rabitəçi" İK-nın idmançılarından 3 nəfərin olimpiya yarışlarında iştirak etməsi və Teymur Məmmədovun bürünc mükafata layiq görülməsi klubun ən böyük uğurlarındandır.

Nazir idmançıların məşq zallarındakı şəraiti  ilə yaxından tanış olaraq onların qayğıları ilə maraqlandı, klubun veb-səhifəsinin yaradılması ilə bağlı tapşırıq verdi. Nazirə məlumat verildi ki, "Rabitəçi" İK-nın regionlarda olan filiallarında da müvafiq şərait yaradılıb.

Sonda rabitəçi idmançılar idman sahəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.




Baxış sayı: 1112

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024