Tarix:21/09/12
Azərbaycanda fəaliyyəti müddətində səfir kimi prioritet məqsədlərindən söz açan Rafael Harper ölkələrimiz arasında İKT sahəsində intensiv əlaqələrin, o cümlədən əməkdaşlığın daha sıx zəmin üzərində qurulmasında maraqlı olduğunu vurğulayıb. İsrailin telekommunikasiya sahəsində çalışan bəzi şirkətlərinin hazırda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu da ifadə edən səfir cari ilin noyabrında İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə nazir Əli Abbasovun rəsmi dəvət olunduğunu xatırladıb.
Səfir qeyd edib ki, bu səfər çərçivəsində İKT üzrə infrastruktur layihələri, o cümlədən "Ağıllı şəhər", kibertəhlükəsizlik və s. kimi layihələrlə yaxından tanışlıq, İsrailin İKT sahəsində qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüş, həmçinin naziri bu tədbirdə müşayiət edəcək azərbaycanlı sahibkarlarla qarşılıqlı forumun keçirilməsi də nəzərdə tutulur.
Nazir Əli Abbasov da öz növbəsində Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib və cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "Bakutel" sərgi-konfransına israilli həmkarının dəvət olunduğunu da xatırladıb.
İsraillə İKT sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail dövlətinin yeni təyin olunan ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harperlə görüşüb.Azərbaycanda fəaliyyəti müddətində səfir kimi prioritet məqsədlərindən söz açan Rafael Harper ölkələrimiz arasında İKT sahəsində intensiv əlaqələrin, o cümlədən əməkdaşlığın daha sıx zəmin üzərində qurulmasında maraqlı olduğunu vurğulayıb. İsrailin telekommunikasiya sahəsində çalışan bəzi şirkətlərinin hazırda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu da ifadə edən səfir cari ilin noyabrında İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə nazir Əli Abbasovun rəsmi dəvət olunduğunu xatırladıb.
Səfir qeyd edib ki, bu səfər çərçivəsində İKT üzrə infrastruktur layihələri, o cümlədən "Ağıllı şəhər", kibertəhlükəsizlik və s. kimi layihələrlə yaxından tanışlıq, İsrailin İKT sahəsində qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüş, həmçinin naziri bu tədbirdə müşayiət edəcək azərbaycanlı sahibkarlarla qarşılıqlı forumun keçirilməsi də nəzərdə tutulur.
Nazir Əli Abbasov da öz növbəsində Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib və cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "Bakutel" sərgi-konfransına israilli həmkarının dəvət olunduğunu da xatırladıb.
Baxış sayı: 1050
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək