Tarix:26/09/12
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişaf etdiyini deyən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik “Qlobal informasiya texnologiyaları” hesabatında Azərbaycanın MDB-də lider olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Ölkəmizin region ölkələrinin mərkəzinə çevrilməsinə də diqqət çəkən Fikrət Akçura Azərbaycanda İKT-nin gələcək inkişafı, o cümlədən birgə layihələrin həyata keçirilməsində BMT-nin iştirakının bundan sonra da təmin ediləcəyini qeyd edib.
Bu baxımdan, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun da qazanılmış nailiyyətlərə töhfə verəcəyini deyən rezident əlaqələndiricisi əlavə edib ki, forum xarici ölkələrin dövlət, biznes strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycanın nailiyyətləri, uğurları ilə yaxından tanış ola bilmələri üçün gözəl fürsət olacaq.
Gələcək inkişaf strategiyasına da toxunan Fikrət Akçuranın sözlərinə görə, gələcəkdə “Elektron hökumət” quruculuğu istiqamətində BMT ilə birgə layihələrin həyata keçirilməsi də mümkündür. Mövcud layihələr çərçivəsində “Dilmanc” tərcümə proqramından xüsusi olaraq söz açan BMT rəsmisi bildirib ki, bu layihə gələcəkdə bəşəriyyət, həmçinin türkdilli ölkələr üçün tərcümə proqramının bünövrəsini qoyacaq.
Nazir Əli Abbasov isə öz növbəsində BMT, xüsusən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edib, məhz bu layihələrin sayəsində ölkəmizdə müvafiq islahatların reallaşdırıldığını, infrastrukturumuzun zənginləşdirildiyini, insan qaynaqlarının artırıldığını vurğulayıb. Ümumilikdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları bazarının bu layihələrdən bəhrələndiyini deyən nazir gələcəkdə də BMT və onun müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə layihələrin reallaşdırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib.
Azərbaycanda bir zamanlar donor ölkələrin hesabına müəyyən layihələrin həyata keçirildiyini də vurğulayan Əli Abbasov hazırda ölkəmizin investor qismində iştirak etməyə hazır olduğunu, bu baxımdan, BMT-nin İnkişaf Proqramının geniş spektrli, regional layihələr hazırlayacağı təqdirdə Azərbaycanın bu layihələrdə iştirakla bağlı maraqlı tərəf kimi çıxış edəcəyini qeyd edib.
BMT bundan sonra da Azərbaycanın həyata keçirdiyi İKT layihələrini dəstəkləyəcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasında BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi kimi səlahiyyət müddətini başa vuran Fikrət Akçura ilə görüşüb.Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişaf etdiyini deyən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik “Qlobal informasiya texnologiyaları” hesabatında Azərbaycanın MDB-də lider olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Ölkəmizin region ölkələrinin mərkəzinə çevrilməsinə də diqqət çəkən Fikrət Akçura Azərbaycanda İKT-nin gələcək inkişafı, o cümlədən birgə layihələrin həyata keçirilməsində BMT-nin iştirakının bundan sonra da təmin ediləcəyini qeyd edib.
Bu baxımdan, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun da qazanılmış nailiyyətlərə töhfə verəcəyini deyən rezident əlaqələndiricisi əlavə edib ki, forum xarici ölkələrin dövlət, biznes strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycanın nailiyyətləri, uğurları ilə yaxından tanış ola bilmələri üçün gözəl fürsət olacaq.
Gələcək inkişaf strategiyasına da toxunan Fikrət Akçuranın sözlərinə görə, gələcəkdə “Elektron hökumət” quruculuğu istiqamətində BMT ilə birgə layihələrin həyata keçirilməsi də mümkündür. Mövcud layihələr çərçivəsində “Dilmanc” tərcümə proqramından xüsusi olaraq söz açan BMT rəsmisi bildirib ki, bu layihə gələcəkdə bəşəriyyət, həmçinin türkdilli ölkələr üçün tərcümə proqramının bünövrəsini qoyacaq.
Nazir Əli Abbasov isə öz növbəsində BMT, xüsusən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edib, məhz bu layihələrin sayəsində ölkəmizdə müvafiq islahatların reallaşdırıldığını, infrastrukturumuzun zənginləşdirildiyini, insan qaynaqlarının artırıldığını vurğulayıb. Ümumilikdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları bazarının bu layihələrdən bəhrələndiyini deyən nazir gələcəkdə də BMT və onun müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə layihələrin reallaşdırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib.
Azərbaycanda bir zamanlar donor ölkələrin hesabına müəyyən layihələrin həyata keçirildiyini də vurğulayan Əli Abbasov hazırda ölkəmizin investor qismində iştirak etməyə hazır olduğunu, bu baxımdan, BMT-nin İnkişaf Proqramının geniş spektrli, regional layihələr hazırlayacağı təqdirdə Azərbaycanın bu layihələrdə iştirakla bağlı maraqlı tərəf kimi çıxış edəcəyini qeyd edib.
Baxış sayı: 1112
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək