Tarix:04/10/12
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Thomson Reuters" agentliyinin "Elmi mükəmməlliyə görə" birgə mükafatlarının təqdimat mərasimi də nəzərdə tutulub.
Qeyd edək ki, Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Tomson Röyters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. İlkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edilib və artıq 1996-cı ildə çoxfunksiyalı "Veb Elmlər" yaradılıb.
Bu gün "Veb Elmlər" dünyanın ən yüksək nüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla, elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün agentliyin resurslarından istifadə edir.
Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz "Thomson Reuters"in məlumat bazasına etibar edir. Qeyd edək ki, məşhur "Reuters" İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.
“Azərbaycanda elm və texnologiyalar sahəsində “Thomson Reuters” agentliyi ilə əməkdaşlığın perspektivləri” mövzusunda elmi konfrans keçiriləcək
Oktyabrın 4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə "Park inn" otelində "Azərbaycanda elm və texnologiyalar sahəsində "Thomson Reuters" agentliyi ilə əməkdaşlığın perspektivləri" mövzusunda elmi konfrans keçiriləcək. Konfransda "Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti Keyt Makqreqor, "Thomson Reuters" agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə direktoru David Horki, Təhsil Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri iştirak edəcəklər.Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Thomson Reuters" agentliyinin "Elmi mükəmməlliyə görə" birgə mükafatlarının təqdimat mərasimi də nəzərdə tutulub.
Qeyd edək ki, Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Tomson Röyters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. İlkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edilib və artıq 1996-cı ildə çoxfunksiyalı "Veb Elmlər" yaradılıb.
Bu gün "Veb Elmlər" dünyanın ən yüksək nüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla, elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün agentliyin resurslarından istifadə edir.
Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz "Thomson Reuters"in məlumat bazasına etibar edir. Qeyd edək ki, məşhur "Reuters" İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.
Baxış sayı: 1251
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək