Tarix:19/01/13
RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarında 131 insan öldürüldüyünü, 744 adamın ağır xəsarət aldığını, 4 şəxsin itkin düşdüyünü, 400 nəfərin isə həbs edildiyini xatırladan nazir 4 nəfər rabitəçinin də həlak olduğunu qeyd edib.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edən Ə.Abbasov bildirib ki, faciə ilə bağlı xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. “Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gedib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb edib. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi”.
Nazir ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyini qeyd edib. “Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir”.
Nazir bildirib ki, artıq 20 Yanvar hadisələrindən 23 il keçməsinə baxmayaraq xalq bu faciəni heç vaxt unutmayacaq. Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca yaşayacaqlar.
Ə.Abbasov Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Sonda şəhid ailələrinin problemləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Bundan başqa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyində olan struktur və rabitə birliklərində bu faciəyə həsr edilmiş tədbirlər keçirilib, nazirliyin, birlik və təşkilatların kollektivləri dəhşətli faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
RİTN-də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarında 131 insan öldürüldüyünü, 744 adamın ağır xəsarət aldığını, 4 şəxsin itkin düşdüyünü, 400 nəfərin isə həbs edildiyini xatırladan nazir 4 nəfər rabitəçinin də həlak olduğunu qeyd edib.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edən Ə.Abbasov bildirib ki, faciə ilə bağlı xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. “Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gedib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb edib. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi”.
Nazir ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyini qeyd edib. “Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir”.
Nazir bildirib ki, artıq 20 Yanvar hadisələrindən 23 il keçməsinə baxmayaraq xalq bu faciəni heç vaxt unutmayacaq. Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca yaşayacaqlar.
Ə.Abbasov Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Sonda şəhid ailələrinin problemləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Bundan başqa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyində olan struktur və rabitə birliklərində bu faciəyə həsr edilmiş tədbirlər keçirilib, nazirliyin, birlik və təşkilatların kollektivləri dəhşətli faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
Baxış sayı: 1040
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək