12px13px15px17px
Tarix:15/03/13

Mayın 1-dən oğurluq telefonları daha tez aşkarlamağa imkan verən qeydiyyat sistemi fəaliyyətə başlayır

Bundan sonra oğurluq telefonlar daha tez müəyyən ediləcək. Belə ki, mayın 1-dən etibarən bu prosesi aşkarlamağa imkan verən Mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyat işlərinə başlanılacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) bununla bağlı keçirilən tədbirdə nazir müavini İltimas Məmmədov sistemin yaradılma zərurətindən danışıb:

"MCQS nazirliyin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması "İnformasiya-kommunikasiya ili" çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır".

İ.Məmmədov qeyd edib ki, 2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların "IMEI" (International Mobile Equipment Identity) nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur:

"Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra, sistem tam gücü ilə, yəni 1 may tarixindən fəaliyyətə başlayacaq. Bundan sonra hətta başqa ölkələrdə oğurlanıb respublikaya gətirilən telefonları da üzə çıxarmaq mümkün olacaq. Sistem üzrə qeydiyyat zamanı 3 - ağ, qara və boz səhifədən istifadə olunacaq. Ağ siyahıya qeydiyyatdan keçmiş telefonlar daxil ediləcək. Qara siyahıya oğurlanan, qaçaqmal yolu ilə ölkəyə gətirilən, kloun cihazlar daxil ediləcək. Boz siyahıda isə mobil telefon şəbəkələrindən yeni xidmət almağa başlayan cihazların "IMEI" nömrələri salınacaq və analiz aparılacaq. Analiz periodikdir və operatorlarla bağlantı üzərindən həyata keçiriləcək. Analizin nəticəsindən asılı olaraq, "IMEI" nömrələri ağ və ya qara səhifəyə salınacaq".

İ.Məmmədovun sözlərinə görə, qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların "IMEI" nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq. Qeydiyyat sistemi istismara verildikdən sonra, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın "IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır:

"Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali "qaynar xət"dən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər. Mobil cihazlardan *#06# yığmaqla "IMEI nömrəsini müəyyən etmək olar".

Yaradılacaq xüsusi internet səhifəsi – "www.imei.gov.az" saytından istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların "IMEI" nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə biləcəklər.

Sistemin üstünlüklərindən də danışan RİTN rəsmisi bildirib ki, ölkəmizdə yaradılacaq qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan "vahid qlobal qara səhifə"yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaq:

"Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan, xalq arasında "pirat" kimi tanınan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir".

Qeyd edək ki, Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb.

Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub. Qeydiyyat sistemi qurulmadan öncə qarşıya çıxan problemlərin həll edilməsi və onun mərkəzi baza sistemi ilə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılıb və nəticəyə uyğun tədbirlər görülüb. Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Beynəlxalq təcrübəyə gəlincə, hazırda belə sistemdən Türkiyədə, ABŞ-da, Hindistanda istifadə edilir. Ukraynada da bənzər sistemin tətbiqinə cəhdlər edilib, lakin müvəffəqiyyətlə sonlandırılmayıb. Avropa ölkələrində isə oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi vahid qara siyahı üzərindən təşkil olunur.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1023

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si