12px13px15px17px
Tarix:20/05/13

RİTN tərəfindən “Ali məktəblər arasında informatika üzrə ümumrespublika olimpiadası”nın qalibləri mükafatlandırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəblər arasında informatika üzrə ümumrespublika olimpiadası"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun, AMEA İnformasiya Texnologiyaları İnstitutunun, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə keçirilən olimpiadada 48 komanda iştirak edib. 8-ci dəfə təşkil olunan yarışda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri də biliklərini sınayıb.

Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hər il ənənəvi olaraq keçirilən bu olimpiada yerli və səriştəli kadrların yetişməsinə müsbət təsir göstərir. Ali məktəblər arasında informatika üzrə keçirilən ümumrespublika olimpiadasında iştirakçıların sayının ildən-ilə artdığını vurğulayan nazir müavininin sözlərinə görə, bu tendensiya tələbələr arasında sözügedən sahəyə böyük önəm verilməsinin göstəricilərindən biridir:

"Olimpiadada iştirak edən tələbələr də yarış zamanı qazandıqları təcrübə və səriştələri öz yaşıdları ilə bölüşməlidirlər. Bu yarışa bölgə universitetlərinin də qoşulması və aktiv şəkildə iştirak etməsi bizi sevindirir". Bundan sonra qaliblər mükafatlandırılıb. Bildirilib ki, bu il "İKT ili" olduğundan ilk üç yeri tutan deyil, ilk altılığı qazananlar mükafatlandırılıb. Birinci yer 1, ikinci yer 2, üçüncü yer üçünsə 3 nəfər diplom və hədiyyələrə laiq görülüb. Olimpiadada birinci yerə çıxmağı bacaran Qayqaz Universitetinin «Qafqaz Programmers» komandasının ühzvlərinə isə kompüterlər verilib.

SEYMUR



Baxış sayı: 1242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024