12px13px15px17px
Tarix:27/06/13

“Windows 8.1”-in beta versiyası işıq üzü görüb

"Microsoft" korporasiyası "Windows 8.1" əməliyyat sisteminin beta versiyasını buraxıb.  
"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, "Windows 8.1" "Windows 8" əməliyyat sistemi üçün yenilənmədir və ƏS-də mövcud olmayan funksiyaları özündə birləşdirir. Belə ki, yeni sistemdə iş masasının panelinə "Start" düyməsi geri qaytarılıb.

Lakin "Start" düyməsi "Windows 7"-də və əməliyyat sisteminin daha əvvəl buraxılan versiyalarında olduğu kimi işləmir. Düyməyə basan istifadəçi "Start" menyusunu görməyəcək. Bunun əvəzinə isə sistemin köklənməsindən asılı olaraq, ya "Canlı plitkalı" "Start" ekranı, ya da kompüterdə quraşdırılan bütün proqramların siyahısı açılacaq.

"Microsoft" axtarış funksiyasını da təkmilləşdirib. İndi funksiyanın köməyi ilə kompüterdə təkcə faylları və proqramları deyil, həm də "Bing" axtarış sistemi vasitəsilə internetdə məlumat axtarmaq olar. Bundan əlavə, "SkyDrive"-da və əlavə tərtibatçıların icazə verəcəyi təqdirdə əlavələrdə axtarışın aparılması dəstəklənir. 
"Windows 8.1"-də "Canlı plitka"lar "Windows 8"-də olduğu kimi ikiölçülü deyil, dördölçülüdür. İndi onları idarə etmək daha asandır, çünki "plitka"ları ayrı-ayrı deyil, qrup şəklində bir yerdən digər yerə köçürmək mümkündür. Hazırda bir ekranda eyni vaxtda 4-dək Metro əlavənin açılmasına icazə verilir. Həmçinin əlavələrin pəncərələrinin ölçülərini dəyişmək olar.

Sistemi "Microsoft" saytından və ya "Windows Store" mağazasından yükləmək mümkündür.

Emil Hüseynov



Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024