Tarix:31/03/14
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Windows XP” əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə 8 aprel tarixinə qədər rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür.
Mərkəz bildirir ki, “Microsoft” şirkətinin rəsmi məlumatına görə aprelin 8-dən etibarən şirkət öz məhsulu olan “Windows XP” sisteminə dəstəyini dayandıracaq. Yəni, bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək. Qeyd edək ki, təhlükəsizlik yeniləmələri ziyanverici proqramların hədəfinə çevrilə biləcək təhlükəsizlik boşluqlarını aradan qaldırır və beləliklə, istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin olunmasına kömək edir.
Qeyd olunan tarixdən etibarən “Windows XP” sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompüterləri təhlükə altında olacaq. Hakerlərin bu kompüterlərdən pisniyyətli məqsədlər üçün istifadə edəcəyi istisna olunmur.
Qeyd edək ki, sözügedən tarixdən etibarən “Office 2003” proqramlar paketinə də dəstək dayandırılacaq.
CAHANGİR
Elektron Təhlükəsizlik Mərkəzi “Windows XP” istifadəçilərinə xəbərdarlıq edir

Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir