12px13px15px17px
Tarix:29/04/14

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

"Bakı 2015 - I Avropa Oyunları"na hazırlıq üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəhbər Komitənin iclası keçirilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən iclasda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndələri – Texnologiyalar üzrə direktor Adrian Korkoran, Telekommunikasiya üzrə rəhbər Toni Dadli, Texnoloji hazırlıq üzrə  rəhbər Nigel Svinbank tədbirə hazırlıq prosesinin mərhələlərini əks etdirən təqdimatla çıxış ediblər.
 
Qeyd edilib ki, ilk növbədə oyun və təşkilati məkanların rabitə xidmətlərinə olan tələbatları BAOƏK ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. Bu xidmətlərin təşkili üzrə prosesə cəlb edilən şirkətlər, eləcə də tədbirə dəstək verəcək digər sponsor təşkilatlarla yaxın həftələrdə müqavilələrin bağlanması nəzərdə tutulur.
 
Oyunların təşkilində məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması, şəbəkə hazırlığı və dözümlülüyü üzrə müxtəlif test-sınaqların həyata keçirilməsi planlaşdırılır. İclasda beynəlxalq rouminq tarifləri, "Bakı 2015 - I Avropa Oyunları" iştirakçılarının mobil cihazlarının qeydiyyatı və s. kimi məsələlər də müzakirə edilib.
 
 
Sifarişçi-icraçı tərəf arasında məsuliyyətin dəqiqliklə bölüşdürülməsi baxımından tənzimləyici-hüquqi sənəd kimi Anlaşma Memorandumunun vacibliyinə diqqət çəkən nazir Əli Abbasov sənəddə bütün detalların ətraflı müzakirə edilərək nəzərə alınmasını məqsədəuyğun sayıb. Nazir, həmçinin Rusiya-Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcəyini, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini, həmçinin oyunların keçiriləcəyi zamanda tariflərin ucuzlaşdırılması məqsədilə təkliflərin hazırlanması üzərində RYTN tərəfindən işlərin aparıldığını deyib.
 
Nazir Əli Abbasov görüşdə təmsil olunan özəl və dövlət qurumlarının təmsilçilərinə müvafiq tövsiyələrini də bildirərək, "Bakı 2015 - I Avropa Oyunları"nda rabitə xidmətlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi ilə bağlı göstəriş və tapşırıqlarını verib.



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024