Tarix:08/05/14
Görüş iştirakçılarına Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun salamlarını çatdıran nazir müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 22 il ötdüyünü xatırladaraq torpaqlarımızın ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətimizin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.
"Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində apardığı siyasətdən danışan E.Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də "Böyük qayıdış proqramı"nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, RYTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
RYTN-in bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E.Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.
RƏVAN
Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-də Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib.Görüş iştirakçılarına Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun salamlarını çatdıran nazir müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 22 il ötdüyünü xatırladaraq torpaqlarımızın ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətimizin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.
"Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində apardığı siyasətdən danışan E.Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də "Böyük qayıdış proqramı"nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, RYTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
RYTN-in bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E.Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.
RƏVAN
Baxış sayı: 1318
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək