12px13px15px17px
Tarix:19/08/14

Azərbaycanda ötən ay sanksiyalaşdırılmamış insidentlərin sayı 4,2 faiz azalıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə bu ilin iyul ayı ərzində 201 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, hesabat dövründə insidentlərlə bağlı açılmış sorğuların sayı 201, bağlanmış sorğuların sayı isə 184 olub. İnsidentlərin sayı iyun ayına nisbətən iyulda 4,2 faiz azalıb.

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına 11 audit raportu göndərilib, iyun ayına nisbətən bu rəqəm iki dəfədən çox azalıb.

İyul ayında 3 yeni subdomen qeydə alınıb.

Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024