12px13px15px17px
Tarix:25/08/14

Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclasının açılışı olub

Bakıda avqustun 24-də Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclasının açılışı olub.

İclasın gündəliyinə RRB üzv ölkələrin Rabitə Administrasiyalarının  Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına və 2016-cı ildə Standartlaşdırma üzrə Ümumdünya Assambleyasına hazırlıq məsələləri daxildir.
 
Qeyd edək ki, avqustun 26-da keçiriləcək RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası çərçivəsində RRB üzv ölkələrinin rabitə administrasiyalarının beynəlxalq əməkdaşlıqla bağlı qərarları, 2018-ci ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Rabitənin inkişafı üzrə ümumdünya konfransının təşkili ilə bağlı hazırlıq işləri,  2014-cü ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Səlahiyyətli Konfransına hazırlıq tədbirləri, RRB ilə regional təşkilatlar arasında İKT və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsi müzakirə ediləcək.

Konfransın gündəliyinə həmçinin "ICANN" korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin keçiriləcəyi vaxt və ölkənin müəyyən edilməsi daxildir.  
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1245

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024