Tarix:04/10/14
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə IV Bakı Beynəlxalq Humanitar Forumunun yekunlarına həsr olunmuş videokonfrans keçirilib. Forumun iştirakçıları olan Almaniya, İtaliya, Fransa, Rusiya, Malayziyanın elm adamlarının ölkəmizin 13 müxtəlif rayonuna yayımlanan distant mühazirəsi təşkil edilib. Mühazirəçilər forumla bağlı təəssüratlarını, həmçinin Azərbaycanda şahidi olduqları iqtisadi inkişafla bağlı fikirlərini, mədəniyyətlərarası dialoqa, multikulturalizmə Azərbaycanın bir ölkə kimi verdiyi töhfələri dilə gətiriblər.
Tədbirdə çıxış edən adıçəkilən fondun icraçı direktoru Oqtay Səmədov bildirib ki, forum ölkəmizin müasir həyatında əhəmiyyətli hadisəyə çevrilib. IV Bakı Beynəlxalq Humanitar Forumuna 60 ölkədən 500-dək qonağın qatıldığını xatırladan O.Səmədov deyib ki, forum xoş bir ənənəyə çevrilməklə yanaşı, Azərbaycana yeni dostlar qazandırıb:
"Forumun sonunda bəyannamə qəbul olundu və o, bütün işçilərə paylandı. Bu gündən etibarən artıq V Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıqlara başlayırıq".
Fransalı qonaq Mişel Bozdəmir Azərbaycana dəfələrlə səfər etdiyini və hər səfərində böyük dəyişiklikləri görməkdən məmnun olduğunu vurğulayaraq deyib ki, qloballaşmanın üstün cəhətlərindən biri də bir-birinə uzaq olan ölkələrin dil və mədəniyyət baxımından yaxınlaşmasıdır:
"Ötən günlərdə Fransada Azərbaycanla bağlı möhtəşəm tədbir keçirildi. 1 həftə ərzində fransalılar Azərbaycanı yenidən kəşf etdilər. Muğamdan tutmuş, caza qədər və eləcə də milli xörəklərdən dadıb sizin ölkənizə valeh oldular. Fransada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva çox böyük işlər görür".
Fransada Azərbaycan dilinin artıq 15 ildir ki, tədris edildiyini vurğulayan M.Bozdəmir bu istiqamətdə nailiyyətlər əldə etdiklərini qeyd edib.
Rusiyalı alim Aleksandr Petroviç isə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan bir sıra sahələrdə fəaliyyət göstərən alimlərin bir araya gəldiyi əsas məkana çevrilir. Forumla bağlı təəssüratlarını bölüşən alim əlavə edib ki, keçirilən beynəlxalq tədbirlərin ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rola malikdir.
Malayziyanın "Bernama" Agentliyinin baş direktoru Yonq So Heonq Bakıya 6 il bundan əvvəl gəldiyini və bu illər ərzində paytaxtın müsbətə doğru çox sürətlə dəyişdiyini qeyd edərək deyib ki, Bakı bütün dünyanı özünə cəlb edir:
"Mən sizin hökumətin "qara qızılı insan kapitalına çevirmə" təşəbbüsünə valehəm. Bu siyasət ölkənin uğurlu gələcəyindən xəbər verir. Əminəm ki, Azərbaycan Avropada və eləcə də müsəlman aləmində gözəl yaşayış səviyyəsinə və gücünə görə fərqlənən ölkəyə çevriləcək".
Qeyd edək ki, Şəki, Sumqayıt, Mingəçevir, Göyçay, Gəncə, Bərdə, Ağcabədi, Şamaxı, Şirvan, Quba və digər şəhər və rayonlarda yerləşən auditoriyalarda 300 nəfərdən artıq dinləyici onlayn şəkildə mühazirələrə qalaq asıb və öz suallarını ünvanlayıblar.
Seymur Qasımbəyli
RYTN-də IV Bakı Beynəlxalq Humanitar Forumunun yekunlarına həsr olunmuş videokonfrans keçirilib

Baxış sayı: 2401
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək