12px13px15px17px
Tarix:02/12/14

“Əşyaların interneti”nin bütün aspektləri “Bakutel-2014” sərgi-konfransı çərçivəsində müzakirə olunur

Bu gün öz işinə başlayan  "Bakutel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində "Əşyaların interneti - Internet of Things" adlı beynəlxalq forum keçirilir.
 

Sözügedən tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Telekommunikasiya İttifaqı və  Ümumdünya İqtisadi Forumunun dəstəyi ilə baş tutur.  Tədbirin əsas sponsoru qismində "Intel" korporasiyası çıxış edir.
 

Tədbir iştirakçıları milli və beynəlxalq iqtisadiyyatlarda rolu və əhəmiyyəti dayanmadan artan "Əşyaların interneti" ilə bağlı məsələləri müzakirə edirlər.    
 

Konfransın məqsədi "Əşyaların interneti"nin bütün aspektləri üzrə  müzakirələr aparmaq, məlumat və təcrübə mübadiləsini təmin etməkdir.
 

Tədbirdə iştirak edən aparıcı dövlət ekspertləri, iş adamları, elm işçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri gələcək əməkdaşlıq perspektivlərini araşdırır və vacib  kibertəhlükəsizlik məsələlərinə dair  əsas anlayışları təqdim edirlər.
 

"Əşyaların interneti"  hər hansı bir obyektin onun ölçüsü və ya təbiətindən asılı olmayaraq rabitə məkanına inteqrasiyasını təsvir edən ifadədir. Kütləvi ictimai transformasiya yaradan  "Əşyaların interneti"nə maraq son bir neçə il ərzində bütün dünyada durmadan artıb.
 

İnternetin növbəti inkişaf mərhələsində bizi əhatə edən bütün faydalı əşyaların (məişət avadanlıqlarının, elektrik cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat vasitələrinin, istehsal qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi ləvazimatların, mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) bu qlobal şəbəkəyə qoşulması, "Əşyaların interneti" konsepsiyasının bir hissəsidir. "Əşyaların interneti" termini ilk dəfə 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunun Auto-ID laboratoriyası tərəfindən RFID (radiotezlik identifikasiyası) texnologiyaları vasitəsi ilə İnternetə qoşulan obyektlərin şəbəkəsini ifadə etmək üçün işlədilib. Bu şəbəkədə təkcə insanlarla əşyalar arasında deyil, həmçinin əşyaların öz aralarında da qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulur.

"Əşyaların interneti"  – kompüter, internet və mobil telefon rabitəsindən sonra informasiya texnologiyaları sənayesinin növbəti inqilabi inkişaf mərhələsi kimi xarakterizə olunur. Bu konsepsiya reallaşacağı təqdirdə yaxın gələcəkdə bizi əhatə edən bütün faydalı əşyalar İP ünvanına malik olacaq. Proqnozlara görə, cəmi 3-5 ildən sonra "Əşyaların interneti" hər yerdə və hərtərəfli şəkildə insanların həyat tərzinə daxil olaraq, onu əhəmiyyətli dərəcədə dəyişəcək. Ekspertlərin qiymətləndirmələrinə görə, "Əşyaların interneti"nin istifadəçilərinin sayı 2 milyard nəfərə, sektorun dünya iqtisadiyyatına töhfəsi 1,7 trilyon ABŞ dollarına çatacaq.

 

2019-cu ilədək IoT sektoru həcminə görə smartfon, fərdi kompüter, planşet, daşınan qurğular və "ağıllı" avtomobillər bazarını iki dəfədən çox üstələyəcək və  2020-ci ilə qədər bütün dünyada İnternetə qoşulan terminalların sayı 50 milyarda çatacaq.

Bu istiqamətdə şəbəkənin reallaşdırılması ilə cəmiyyətdəki bir sıra mühüm problemlərin həlli proqnozlaşdırılır. O cümlədən, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi məsələləri öz həllini tapacaq.   Bütövlükdə, "Əşyaların interneti" texnologiyalarının uğurla reallaşdırılması insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin açılmasına, biznes üçün yeni imkanların yaranmasına, istehsalda məhsuldarlığın və rəqabətədavamlılığın artmasına gətirib çıxaracağı gözlənilir. 





Baxış sayı: 1154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Oktyabr 2017

18/10/17
“Windows” üçün “Chrome” brauzerində daxili antivirus istifadəyə verilib

“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir

18/10/17
Qeyri-adi dizayna malik iki ekranlı smartfon təqdim edilib

Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı 

18/10/17
2018-ci ildə qlobal fərdi kompüter bazarında artım qeydə alınacaq

“Gartner” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter 

17 10 2017

17/10/17
“ATSC 3.0” standartlı ilk efir televiziya yayım şəbəkəsi istifadəyə verilib

Cənubi Koreyanın “Seoul Broadcasting System” (SBS), “Korean Broadcasting System” (KBS) və “Munhwa 

17/10/17
Yeni “ağıllı” qurğu itən əşyaları axtaracaq

“Samsung” şirkəti itən əşyaları axtarmağa imkan verən “ağıllı” “Connect Tag” brelokunu təqdim edib. 

17/10/17
Smartfonlar üçün ilk “5G” modem təqdim edilib

“Qualcomm Technologies” şirkəti mobil qurğular üçün “5G” şəbəkəsində rabitə üçün ilk modem

17/10/17
Yeni “Huawei” smartfonları rəsmən təqdim olunub

“Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 10” və “Mate 10 Pro” smartfonlarını

17/10/17
“Android” sistemi ilə işləyən smartfonların 41%-i dağıdıcı "Wi-Fi” hücumu qarşısında dayanıqsızdır

“Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən 

17/10/17
Yeni “Samsung” smartfonlarının videosu dərc edilib

“MySmartPrice” resursu rəsmən təqdim edilməyən “Samsung Galaxy A5” (2018) və “Galaxy A7” (2018) 

17/10/17
“Xiaomi” şirkəti “Redmi 5A” smartfonunu təqdim edib

Çinin “Xiaomi” elektronika istehsalçısı yeni “Redmi 5A” smartfonunu təqdim edib. Qurğu teksturası