“Aztelekom” İB-də Xocalı şəhərindən olan rabitəçilərlə görüş keçirildi
Öncə Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi,"Xocalı soyqırımı"ndan bəhs edən 10 dəqiqəlik film izlənildi.
"Aztelekom" İB-nin Baş direktoru Məhəmməd Məmmədov çıxış edərək bildirdi ki, dünyanın ən qəddar və ən amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir: "1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Baş direktor Xocalıda baş verənlər haqqında məlumat verdikdən sonra bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmağa başladı. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ardıcıl olaraq beynəlxalq aləmdə "Xocalıya ədalət" kampaniyası hər il daha çox ölkədə və daha kütləvi şəkildə həyata keçirilir".
"Aztelekom" İB-nin Həmkarlar İttifaqının sədri Bəylər Qurbanov Xocalıda baş verənlərlə bağlı ətraflı danışdı. O bildirdi ki, dünyanın böyük dövlətləri "Xocalı Soyqırımı"na öz hüquqi qiymətini vermək istəmirlər. Ortada bu qədər video-faktlar hadisə şahidləri olsa da, bunu görməzdən gəlirlər.
Xocalı sakinlərindən 70 yaşlı Əsli xanım, Birlyant Hacıyeva, Dürdanə Ağayeva çıxışları zamanı göz yaşlarını saxlaya bilməyiblər. Çıxışçılar gec-tez öz ata yurdlarına qayıtmaq istədiklərini bildirdilər.
Tədbirin sonunda Xocalıda şəhid olmuş rabitəçilərin ailə üzvlərinə və Xocalı şəhərindən olan rabitəçilərə nazirlik tərəfindən maliyyə yardımı verildi.
Baxış sayı: 3268
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək